Nazir qohumunun restoranını sökən rəisi işdən çıxardı - Yeni təyinat

5-01-2017, 13:55
  •     
  • Üst Xəbər |
  •  Oxunma: 747

yüklənir...

Nazir qohumunun restoranını sökən rəisi işdən çıxardı -
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə yeni rəis təyin olunub.

XeberBiz.az bildirir ki, BakiPost.az xəbər verir ki, nazir Hüseynqulu Bağırovun müvafiq əmri ilə bu vəzifəyə nazirliyin əməkdaşı Bakir Qurbanov gətirilib.


Faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova təsdiqləyib. Bildirib ki, B. Qurbanov artıq vəzifəzinin icrasına başlayıb.
Məlumat üçün bildirək ki, Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sabiq rəisi Mustafa Əhmədov 2016-cı ilin noyabrında vəzifəsindən azad edilib.

Onun işdən çıxarılması H. Bağırovun əmri ilə Quba rayonunun meşə fondu torpaqlarındakı, xalası oğlu Abbas Zeynalova məxsus "Orman” adlanan ictimai iaşə obyektinin sökülməsi ilə bağlı məsələlərin mətbuata çıxarılmasından sonra baş verib. İdida olunur ki, nazir həmin şəxsi işdən çıxarmaqla qanunsuzluqda onu ittiham etmək istəyib.

Qeyd edək ki, sözügedən obyektdə söküntü qanunsuz aparılıb. Bununla bağlı Sumqayıt Appelyasiya məhkəməsinin qərarı da var.

XeberBiz.az
[thumb=left]http://xeberBiz.az/uploads/posts/2017-01/1483609826_1483608151_mustafaehmedovf.jpg[/thumb
]Mustafa Əhmədov



yüklənir...

Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI