“Azərsu”ASC-də daxili çəkişmə və Hüseynovun “qara dosye”si

30-09-2017, 07:30
  •     
  • Üst Xəbər
    |
  •  Oxunma: 10091


Açıq Səhmdar Cəmiyyətində FETÖ - “Cəbrayıl qruplaşması” didişməsi Qorxmaz Hüseynovun böyük baş ağrısına çevrilib

“Azərsu”ASC-də daxili çəkişmələrdən doğan gərginlik səngimək bilmir və bu didişmə artıq bir neçə ildir ki, davam edir. Cəmiyyətin sədri Qorxmaz Hüseynovun tətbiq etdiyi yarıtmaz idarıçilik metodlarından doğan fəsadlar strateji dövlət qurumunun daxilndə ciddi problemlər yaradıb.

Bu barədə paytaxt.org-u məlumatlandıran mənbə bidirir ki, hazırda qarşıdurma və çəkişmələr elə bir səviyyəyə çatıb ki, qurum nəzarət və icraçılıq öhdəçiliyi götürdüyü sahələri unudaraq daxili intiriqalar məngənəsində sıxılır. “Azərsu”ASC-nin sədri Qorxmaz Hüseynov isə bir tərəfdən daxili intiriqalar, bir tərəfdən həyata keçirilən maxinasiyalar barədə mətbuata ötürülən informasiyalar ucbatından başını itirib. Oğlunun FETO-çu olması barədə informasiyalar isə cənab Səhmdar Cəmiyyəti prezidenti, (Qorxmaz Hüseynov özünə belə müraciət olunmasını xoşlayır), üçün əlavə dərdə çevrilib.

Bəs daxili intiriqalar haradan qaynaqlanır? “Cənab prezident” müraciətindən xoşlanan Qorxmaz müəllim barədə məxfi informasiyaları mediaya ötürən kimlərdir?

Qorxmaz Hüseynovun kadr siyasətində FETÖ ağırlığı


Məlumatlı oxucuya bəllidir ki, hörmətli Qorxmaz Hüseynov əvvəllər ARDNŞ-də departament rəisi idi. Bu o zamanlar idi ki, Dövlət Neft Şirkətinin kadr və dəftərxana idaərçiliyinə fətullahçı gənclər cəlb edilmişdi və məhz onların təşəbbüsü ilə sovet dövründən qalmış idarələr departament adlanmağa başlamışdı. Böyük əksəriyyət məmurların övladları “Fətullahçılar”ın litseylərində təhsil aldığı kimi, Dövlət Neft Şirkətinin elitasında təmsil olunanların övladları, o cümlədən yazımızı qəhrəmanı hörmətli Qorxmax Hüseynovun oğlu da “Fətullahçılar”ın litseyində oxuyurdu. Bu litseylərin idarəçiləri həmçinin ARDNŞ rəhbərliyi üzərində ciddi təsit imkanlarına malik idilər. Şirkətin prezidenti Rövnəq Abdullayevlə Qorxmaz müəllimin oğlu FETÖ-çuların litseyində məktəb yoldaşı olmuşdular. Lakin litseyi bitirəndən sonra ayrı-ayrı universitetlərə qəbul olunmuşdular. Rövnəq Abdullayevin müəllimin Fətullah Gülənin Azərbaycandakı imamından xahişi nəzərə alınaraq həmin litseydə oxuyan yoldaşlar eyni universitetdə təhsil almaq imkanı qazandılar. Rövnəq və Qorxmaz müəllimlər də FETÖ təmsilçilərinin bi xidmətləri qarşısında borclu qalmadılar. Dövlət Neft Şirkətinin müxətlif sturkturlarına xeyli fətullahçı yerləşdirildi.

Mənbə btldirir ki, Qorxmaz Hüseynov da borcunu artıqlaması ilə qaytardı. “Azərsu”ASC-nə rəhbər təyin edildikdən sonra “Hizmət” hərəkatının tövsiyəsi ilə “Azərsu”ya xeyli “Çağ öyrətim” məzunu yığıldı, əksəriyyəti də strateji postlara yiyələndilər. Bundan başqa Qorxmaz müəllim İşlər İdarəsinin rəsisi vəzifəsinə, hansı ki, bui darə “Azərsu”ASC-də yeyinti mexanizminin başında dayanır, köhnə dostu, həmyerlisi Möhsün Quliyevi gətirdi. Ondan başqa quruma yerliçili prinsip il xeyli adam yığdı.

Ondan başqa quruma yerliçili prinsip il xeyli adam yığdı. Bizim ANS-dən tanıdığımız həmkarımız Anar Cəbrayıllı da yerliçilik prinsipi ilə “Azərsu”ASC-də vəzifə alanlardan idi.

Beləliklə, Səhmdar Cəmiyyətin aparatı əsasən, cəbrayıllılardan və FETO-çilardan formalaşdı. Bir də Azərsu Səhmdar Cəmiyyətinin sədr müavini, əslən Naxçıvan MR-in Kəngərli rayonundan olan Seymur Seyidovun gətirdiyi naxçıvanlılar “Azərsu”ASC-də müəyyən nüfuz sahibi idilər. Naxçıvanlılar əsasən “Azərsu”ASC-nin elan etdiyi tenderləri “udan” subpodratçı şirkətlərin hamiləri idilər.

Mənbə bildirir ki, hazırda naxçıvanlıların hakimiyyətdəki mövqelərinin zəiflədiyi qənaətinə gələn Qorxmaz müəllim bu bölgədən olan vəzifəli şəxslərin əksəriyyətini işdən azad edib. Lakin öz həmyerliləri və FETÖ-çular yenə iş başındadır və bu iki qurplaşma arasında didişmə davam edir və daha da qızışıb.

FETÖ - “Cəbrayıl qruplaşması” didişməsinin səbəbi nədir?


Mənbə bildirir ki, hər iki qruplaşma Səhmdar Cəmiyyətinə sədrinə yaxın olmaq və onun vasitəsilə tikinti-istismar, eyni zamanda yığılan pulların mənimsənilməsi uğrunda savaş aparırlar. Məsələn, sədr media ilə işləməsi üçün Anar Cəbrayıllıya hər ay 5 min manat pul ayırır. Anar Cəbrayıllı isə həmin pulun 80 faizini həmyerlisi, sədrin dostu və özünün hamisi Möhsün Quliyevlə bölür, cəmi 20 faizini mətbuata xərcləyir. Mətbuata xərclədiyi pulları isə əsasən öz dostlarına dağıdır. Halbuki həmin şəxslərdən Qorxmaz Hüseynov üçün heç öir təhlükə yoxdur. Nəticədə də “Azərsu”ASC-nin mətbuatla işi bərbad vəziyyətə düşür və Qorxmaz Hüseynov davamlı olaraq mətbuatın hədəfində olur.

Mənbə başqa bir misal da çəkərək bildirir ki, Yasamal parkının altında “yenilənmiş”, 20-ci əsrin əvvəllərindən qalmış su anbarında kosmetik və ən ucuz vasitələrlə təmir aparılmış, yerdə qalan vəsait Cəbrayıl qruplaşması tərəfindən mənimsənilmişdi.

Lakin buna baxmayaraq FETÖ qruplaşması “Azərsu”ASC-də öz ağırlığını qoruyub saxlamaqdadır. Daha böyük layihələr FETÖ qruplaşmasına yaxın podratçı şirkətlərin nəzarətindədir və bu vəsaitləri öz kontroluna almaq istəyən “Cəbrayıl qruplaşması” FETÖ qruplaşmasına qarşı qurumdaxili qaralama kampaniyası aparırlar. Dörd il əvvəl başlamış antinurçu kampaniyası da “Cəbrayıl qruplaşması”nın təkərinə yağ sürtsə də, Qorxmaz Hüseynovun FETO-çuları qoruduğuna görə, onlar bu vəziyyətdən faydalana bilməmişdilər. “Cəbrayıl qruplaşması” FETO-çuları da naxçıvanlılar kimi sıradan çıxarmaqda qəqrarlı olsalar da Qorxmaz Hüseynovun Fətullahçı oğlu onlardan güclü çıxaraq öz məsləkdaşlarını müdafiə edə bilir.

Qorxmaz Hüseynov “köstəbək” axtarışında


Məsələnin maraqlı və diqqətçəkci tərəfi “Azərsu” ASC-də baş verən maxinasiya və yeyinti əməliyyatları, içəridə baş verənlər barədə təfsilatlı məlumatların mediaya ötürülməsidir. Təsəvvür edin ki, bu günə kimi, ölkə mediasında bu səviyyədə korrupsiya və yeyinti məlumatları ancaq və ancaq “Azərsu”ASC barədə gedib. Qurumun rəhbəru Qorxmaz Hüseynov içəridən çıxan mərhəm informasiyaların kim tərəfindən və necə ötürülməsi barədə ciddi axtarışlara etsə də, bu yolda külli miqdarda vəsaitlər xərcləsə də xeyri olmayıb. Mənbə bildirir ki, hətta qısa müddət əvvəl ictimai əlaqələr departamentinin direktoru Anar Cəbrayıllı damətbuata sızdırılan məlumatlara görə vəzifədən kənarlaşdırılıb. Qorxmaz Hüseynov ona irad tutub ki, hər ay mətbuata bu qədər pul xərcləndiyi halda mətbuat qurum haqqında və şəxsəq onun haqqında olmazın şeylər yazır və içəridən mətbuata məlumat ötürən mənbə hələ də tapılmır. Lakin həmkarımızın qanının arasına keçmiş əməliyyat ortağı, Qorxmaz Hüseynovun tələbə və gənclik dostu, Möhsün Quliyev girib və Anar Cəbrayyıllı vəzifəsini qoruya bilib.

İnformasiyanın mətbuata necə və hansı yollarla çıxması barədə isə növbəti yazımızda.

Növbəti yazımızda həmçinin biləcəksiniz:

- Qorxmaz Hüseynovun DİN Daxili Qoşunlar Baş İdarəsindəki qardaşı nə işə baxır və hansı işlərlə məşğuldur?

- Daxili qoşunların zabiti, keçmiş komandanın köməkçisi olan qardaşoğlu daxili qoşunların sıralarını necə tərk etdi və hazırda Azərsuda hansı işlərə nəzarət edir?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI