PARADOKS

AKTUAL

Mikayıl Cabbarovun təhsil biznesi: dərs vəsaitləri valideynlərə məcburən satılır

10-10-2017, 12:02
  •     
  • Üst Xəbər |
  •  Oxunma: 8293


Bakının orta məktəblərində hazırlıq sinfi uşaqları üçün nəzərdə tutulmuş dərs vəsaitləri şagirdlərə pullla satılır.

Bununla bağlı onlarla valideyn AzToday.az-a göndərdiyi şikayətdə dövlət büdcəsi hesabına nəşr olunan dərs vəsaitlərinin onlara pulla satılmasına etiraz ediblər. Onların sözlərinə görə, Təhsil Nazirliyinin “Qaynar xətt”inə etdikləri müraciətlər də nəticəsiz qalıb. Və onlara məktəblərdə deyilənlər təkrar edilib… Belə ki, məktəblərdə şagirdlərə dərs vəsaitləri ancaq bir şərtlə pulsuz veriləcəyi bildirilib. Həmin şərt isə belədir: Heç bir halda uşaqlar həmin dərs vəsaitini karandaş və ya qələmlə yaza bilməz. Əks halda valideyn tam dəstin pulunu verməlidir – 17 manat. Halbuki həmin dərs vəsaitləri uşaqların əyani istifadə etməsi üçün nəzərdə tutulub. Şəkillərdə göründüyü kimi uşaqlar verilən tapşırıqlara uyğun olaraq həmin dərs vəsaitlərindən istifadə etməlidir.

Valideynlərin sözlərinə görə, məktəbdə uşaqların həmin dərs vəsaitlərini rahat istifadə etməsi üçün almağı tapşırırlar. Həmin dərs vəsaitlərinin dəsti isə 17 manatdır. Valideynlər dərs vəsaitlərinin dəstini həm məktəblərdən, həm də başqa yerlərdən ala bilər.

AzToday.az-ın apardığı araşdırmalar zamanı məlum oldu ki, bəzi rayonlarda hazırlıq sinfinin dərs vəsaitləri uşaqlara pulsuz verilir. Bu isə o deməkdir ki, Bakı məktəbləri Təhsil Nazirliyinin razılığı əsasında dövlət büdcəsi hesabına nəşr olunub, şagirdlərə pulsuz verilməli olan dərs vəsaitlərini sataraq böyük pullar qazanmaq istəyirlər.

Rəsmi statistikaya görə, hər il Azərbaycanda 130-140 min uşaq hazırlıq siniflərinə oxuyur. Bu rəqəmin də böyük hissəsi Bakı və Bakıətrafı kənd və qəsəbələrinin payına düşür. Bu rəqəmlər təhsil sahəsini biznesə çevirənlərin böyül məbləğdə pul mənimsədiyini deməyə əsas verir.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin münasibətini öyrənmək mümkün olmadı. Görünür, onların başı “Böyük Ermənistan”a qarışıb…

XeberBiz.az

Mikayıl Cabbarovun təhsil biznesi: dərs vəsaitləri valideynlərə məcburən satılır

Mikayıl Cabbarovun təhsil biznesi: dərs vəsaitləri valideynlərə məcburən satılır





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI