PARADOKS

AKTUAL

Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası – VİDEO

10-10-2017, 12:47
  •     
  • Üst Xəbər
    |
  •  Oxunma: 8300


Daxili İşlər Nazirliyi (DİN) Qeydiyyat-İmtahan şöbələrində islahatlara başlaya bilər. Son illərdə nazirliyin reputasiyasına ən ağır zərbələr endirən məhz sürücülük vəsiqələrinin verilməsindəki neqativ hallardır. Bu istiqamətdə apardığımız araşdırmalar onu göstərir ki, DİN rəhbəri, nazir Ramil Usubovun qurduğu müasir, operativ polis sisteminə “MERO” sektoru ləkə gətirməkdədir.

İstərsə Dövlət Yol Polisi, istər Çevik Polis Alayı, Post Patrul Xidməti, istərsə də Mühafizə Polisi kifayət qədər təkmilləşib, peşəkarlaşıb, şəffaf və müasir standartlara keçid edib. Amma eyni sözləri Qeydiyyat-İmtahan şöbələri haqda demək olmur. Hələ də bu şöbələrin əksəriyyətində bazar qaydaları hökm sürməkdədir.
Sürücülük vəsiqəsinin alınması açıq bazar sistemi ilə həyata keçirilir və kütləvi şəkildə bir əldən hər kəsə satılır.
Nəticə isə qlobal miqyasda mənfi effektlərini göstərir: yol-nəqliyyat hadisələrinin sayı artır, qeyri-peşəkar, məsuliyyətsiz sürücülər çoxalır, ayağı ilk dəfə əyləcə dəyən vətəndaş 1 saat içərisində sürücülük vəsiqəsinə sahiblənir. Ona görə də nəqliyyatda ürəkağrıdan mənzərə yaranıb. O baxımdan ekspertlər hesab edirlər ki, R.Usubovun peşəkar fəaliyyətinə və reputasiyasına xələl gətirən “MERO”larla bağlı islahatlar zəruridir.
Ancaq Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun idarəçilik “sistemi” davam etməkdədir. Onlardan biri də Yevlaxda fəaliyyət göstərir. Bununla bağlı daxil olan məlumata görə, R.Zeynalovun qohumu olan 7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyev “prava”nı tum kimi satmaqdadır. Hətta bir müddət əvvəl Yevlax “MERO”dan rüşvət faktını təsdiqləyən video görüntülər yayılmışdı. Amma generalın qohumu öz əməlindən çəkinmədi. Əksinə, manatın iki dəfə devalvasiyasından sonra sözügedən şöbəsə sürücülük vəsiqəsi də bahalaşdı. E.Əliyev ölkədəki iqtisadi vəziyyəti səbəb göstərərək “prava” almağa gələnlərə yeni qiymət “oxumağa” başladı.
Məsələn, əvvəl B kateqoriyalı sənədi 1200 manata, BC kateqoriyalı sənədi isə 1500 manata almaq olardısa, indi B 1500, BC isə 1800-2000 manata yaxın olub. Bu fantastik rəqəm isə avtomobil almaq istəyən bir çoxları üçün qəbuledilməz olsa da, mövcud reallıqla barışırlar. Çünki E.Əliyevin bazar şərtləri bunu diktə edir.
Sürücülük vəsiqəsi üçün imtahan gələnlərin böyük çoxluğu kəsilir, müxtəlif bürokratik əngəllər, sınaqlarla üzləşir. Odur ki, yorulan və bezən vətəndaş bazarlığa gedir. E.Əliyevə də elə bu lazımdır. Arxasında general qohumu dayanan rəisin sərbəst fəaliyyəti nəticəsində DİN sisteminə, R.Usubovun imicinə ciddi mənfi təsirlər gəlməkdədir.
Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsi Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay və Kəlbəcər rayonlarının sakinlərinə xidmət göstərir.
8 rayondan sürücülük vəsiqəsi almaq istəyənlərin sayını üst-üstə gəlsək, yığılan məbləği hesablasaq R.Zeynalovun qohumu E.Əliyevin hansı maliyyə imkanlarına sahibləndiyini təsəvvür etmək olar. Artıq oliqarx rəisə çevrilmiş E.Əliyevin 8 rayona “prava” satışı ciddi şəkildə həyəcan təbili çalmağa əsas verir. Üstəlik, rayon peşə məktəblərinin müəllimləri burada valideynlərlə, vəsiqə almağa gəlmiş insanlarla qiymət sövdələşməsi aparırlar.
Burada makler- müəllimlərin tələblərinə “müsbət reaksiya” verən insanlar imtanahlardan “üzüağ” çıxırlar.
İddialara görə, makler-müəllimlər tərəfindən alınan rüşvət idarənin rəis müavini əlində cəmləşir və sonda idarə rəisinə çatdırılır. Mənbənin verdiyi məlumata görə, Yevlax “MERO” barəsində rüşvət iddiaları təkcə mətbuatın yazdıqları əsasında deyil. Məsələn, bir müddət qabaq Göyçayın Bığır kənd sakini Mayılov Çingiz Sabir oğlu bildirirdi: “7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyevin, müavini Mədət Cəfərovun, Yelmar Həsənovun, Rafael və Elmir adlı əməkdaşları mənim qohumumdan sürücülük vəsiqəsi üçün 850 manat alıblar. Həmin cinayət hadisəsini bütünlüklə video çəkliş etmişəm. Yaxın qohumuma sürücülük vəsiqəsi almaq üçün 7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyevin qəbulunda oldum. Elxan Əliyev mənə “bu işləri müavin Mədət Cəfərova həvalə etmişəm sən onu gör danış” – deyir.
Bundan sonra Mədət Cəfərov təkidlə mənə deyir ki, sənə hörmət etdilər, 850 manat verərsən. Çox xahiş minnətdən sonra 850 manat rüşvəti polis əməkdaşı Rafael adlı polis əməkdaşına sayıb verib bütün bu korrupsiya cinayətini video çəkiliş edirəm. 7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsində bacım oğlu Əliyev Samir Əlimövsüm oğlunun avtomobilini qeydiyyata aldırmaq üçün polis kapitanı Yelmar Həsənovun da məndən 130 manat rüşvət alma video lentə alınıb.
Həmin video çəkilişdə görünən odur ki, polis kapitanı Yelmar Həsənov bacım oğlu Samir Əliyevdən avtomobilini qeydiyyata aldırmaq üçün ilkin olaraq 350 manat rüşvət istəyir, çox xahiş – minnətdən sonra 130 manat alaraq avtomobili qeydiyyata alırlar. Bu korrupsiya cinayətini sübut edən video görüntülər əsas verir ki, 7 saylı Qeydiyyat-İmtahan şöbəsinin başda rəisi Elxan Əliyev olmaqla adları keçən bütün əməkdaşları barələrində cinayət işi başlanılmalıdır”- sitatın sonu. Vətəndaşlardan toplanan rüşvət pulları hesabına şöbə rəisi E.Əliyevin sərvətləri yüz minlərlə ölçülür. Dəyəri yüz minlərlə ölçülən bu qədər sərvəti şübhəsiz ki, şöbə rəisi məvacibi hesabına əldə etməsi qeyri-mümkündür. Elxan Əliyevin Yevlax 7 saylı Qeydiyyat- İmtahan şöbəsində qurduğu rüşvət şəbəkəsindən yuxarı instansiyaların da xəbəri var.
Bu instansiyalar dəfələrlə Elxan Əliyev barəsində tədbir görmək istəsələr də, məhz Elxan Əliyevin Ramiz Zeynalovla olan yerlilik və qohumluq əlaqələrinə görə istəklərinə nail ola bilməyiblər.
Deyilənə görə bütün məclislərdə Elxan Əliyev Ramiz Zeynalovun həmyerlisi və qohumu olmasını xüsusi olaraq qabardır. Xatırladaq ki, E.Əliyev nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinə təyin olunub.(cumhuriyyet.az)

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI