PARADOKS

AKTUAL

Adnan Oktardan qaçan “Kedicik”dən sensasion açıqlamalar- GİZLİ KAMERALARLA ŞANTAJ EDİLİRDİK

24-03-2018, 00:35
  •     
  • Üst Xəbər |
  •  Oxunma: 10113


Türkiyənin A9 telekanalının sahibi olan və “Harun Yəhya” kimi tanınan Adnan Oktarın ən məşhur “kedicik”lərindən olan Ceylan Özgül dini icmadan ayrıldıqdan sonra sərt açıqlamalar verib.

XeberBiz.az “Minval” saytına istinadən xəbər verir ki, Ceylan “instaqram” hesabında qalmaqal yaradan açıqlamalar verib. Artıq susa bilmədiyini yazan keçmiş “kedicik” uzun müddət məhbus kimi həyat yaşadığını deyib:

“20 il ərzində bir dəfə də məhəlləyə düşməyən, aptekdən dərmanını özü almayan, həkimə belə tək gedə bilməyən insan azad ola bilər?
Vəziyyət o həddə çatıb ki, mən illər əvvəl dəyişən türk lirəsini hələ indi tanıdım. Saçımızın rəngindən çəkimizə qədər, hətta nə yeməli olduğumuza da onlar qərar verirlər. Oradan güclə qaçmışam. Hazırda atamın yanındayam”.

Adnan Oktardan qaçan “Kedicik”dən sensasion açıqlamalar- GİZLİ KAMERALARLA ŞANTAJ EDİLİRDİK

Özgül şantaj edildiyi də dolayısı yolla vurğulayıb: “Diqqət edin! Sizi gizli kameralarla çəkəcəklər. Sonra onları montajlayıb, sizi şantaj edəcəklər. Əgər istədiklərini etməsəniz görüntüləri yaymaqla təhdid edəcəklər
. Qorxmayın, şeytanın hiləsi zəifdir”.

Adnan Oktardan qaçan “Kedicik”dən sensasion açıqlamalar- GİZLİ KAMERALARLA ŞANTAJ EDİLİRDİK


Maraqlıdır ki, illər öncə, daha dəqiq desək 2007-ci ildə Ceylan Özgül atasını məhkəməyə verib. O, iddia edib ki, atası mafiaya bağlı, qaçaqmalçılıqla məşğul olan biridir. Bu açıqlamanın səbəbi isə Ceylan Özgülün atası tərəfindən silahla qaçırılması və ardından cinayət işinin açılmasıdır. Həmin vaxtlarda C.Özgül Adnan Oktarın tərəfdarlarından biri olub. Və ona bu dönəmdə ən böyük dəstəyin onlar tərəfdən gəldiyini deyib.




Dini icmadan Ceylan Özgülün ittihamlarına münasibət bildirilib. Deyilib ki, o, “Oktarçılar”ın arasına göndərilən ingilis kəşfiyyatçısı olub və hazırda pulsuz qaldığı üçün belə böhtanlara əl atıb.

Adnan Oktardan qaçan “Kedicik”dən sensasion açıqlamalar- GİZLİ KAMERALARLA ŞANTAJ EDİLİRDİK


İcma üzvü olan Tülay Kumaşçı isə Özgülün dediklərini yalanlayıb. O, deyib ki, Özgül 15 ildir onlarla birgə olub:
“Bu illər ərzində heç bir problem olmayıb. 15 ildən sonra aramızdan ayrılmaq qərarına gəldi və atasının yanına getdi. Dediyi kimi buradan gizli yolla qaçmaq söhbətləri yalandır. Özündən uydurub. Özgül atasının yanına 1 il öncə gedib. Niyə 1 il keçəndən sonra belə uydurma məsələləri danışmağa başlayıb, bilmirik”.

Adnan Oktardan qaçan “Kedicik”dən sensasion açıqlamalar- GİZLİ KAMERALARLA ŞANTAJ EDİLİRDİK


T.Kumaşçı Özgülü ingilis agentləri ilə əlbir olmaqda ittiham edib:
“Onun getməsini biz də istəyirdik. Çünki ingilis agentləri ilə münasibəti olması barəsində şübhə edirdik. Şübhələrimiz doğru çıxdı. Ondan soruşun ki, ingilis kəşfiyyatının ən yüksək rütbəli şəxslərini və Ed Hüseyni haradan tanıyır? Onları Türkiyəyə niyə gətirdib?”

XeberBiz.az onuda bildirir ki, dini icmadan məsələ ilə bağlı minval.info-ya özəl açıqlama verilib. C.Özgül Mine Kalcanın evindən qaçaraq getdiyini iddia etdiyi video yaymışdı. M.Kalca məsələyə aydınlıq gətirib. O deyib ki, Ceylan Özgülün mətbuata verdiyi açıqlamalar tamamı ilə uydurmadır:

“O, pijama ilə mənim evimdən qaçdığını iddia edir. Bu sözlərini dəstəkləmək üçün isə evdən qaçdığı anın görüntülərini yayımlayıb. Ceylan Özgülün yayımladığı videoda qaçış tarixi 2023-cü ili göstərir. Ceylan Özgül internet saytlarını aldatmaq, çətin vəziyyətdə qoymaq üçün hazırladığı bu saxta film ilə məqsədinə müəyyən qədər nail ola bilib. Buna görə də, Ceylan Özgülün uydurduğu hadisələrin əsl üzünü sizə göstərməyi vacib bilirəm.

Ceylan Özgül 14 fevral 2017-ci il tarixində mənim Kısıklıda yerləşən evimdən öz istəyi ilə ayrılıb. Onu şəxsi avtomobilimizlə, rəfiqəm Pınarla birgə istədiyi ünvana aparıb, atası Feridun Özgülə təhvil vermişik.

İndi sizə Ceylan Özgülün evimdən ayrıldığı vaxtda binamızın təhlükəsizlik kameralarının görüntülərini və eyni gün Ceylan Özgül ilə ismarıclarımızı təqdim edirəm.



Bütün bu sübutlardan göründüyü kimi heç bir qaçıb xilas olmaqdan söhbət gedə bilməz. Ceylan Özgül evimdən əlini qolunu sallayaraq, tamamilə rahat bir formada çıxıb. Ceylan Özgül ictimaiyyəti aldatmaq məqsədilə hazırladığı saxta videoda öz dostu Özkan Mamatinin İstanbul şəhəri Acıbadəm məhəlləsi Çeçen küçəsi B3 C girişli Blok nömrə 46G ünvanındakı ofisində çəkilib. Ahətta bu videonun fərqli bir versiyası öz sosial media hesabında paylaşılıb. Buradan da göründüyü kimi hər hansı bir qaçışdan söhbət gedə bilməz. Ceylan Özgülün saxta videosundakı ev ilə mənim evim arasında heç bir əlaqə yoxdur.

Adnan Oktardan qaçan “Kedicik”dən sensasion açıqlamalar- GİZLİ KAMERALARLA ŞANTAJ EDİLİRDİK


O, 14 fevral 2017-ci il tarixində, yəni evdən ayrıldığı gecə “Whatsapp”dan mənə mesaj yazaraq ayrıldığı üçün peşman olduğunu, bizdən ayrı qalanda bizə verdiyi dəyəri daha yaxşı anladığını, görüşmək istədiyini yazıb. Bütün sübutlarım var və məhkəmə önündə də cavab verməyə hazıram”

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI