PARADOKS

AKTUAL

Cavid Qurbanova qarşı ağır ittihamlar...

5-04-2018, 15:03
  •     
  • Üst Xəbər |
  •  Oxunma: 10069


“Dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid”

Bir sıra media orqanlarında yayılan məlumata görə, tanınmış jurnalist Eynulla Fətullayev sosial şəbəkədə “Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanovu ittiham edib: “Mən Özbəkistandakı sürət qatarlarından və Azərbaycan dəmiryolları sistemindəki bərbad vəziyyətdən yazmışdım. Bundan sonra nə başladı?
“Dəmir Yolları” QSC rəhbəri Cavid Qurbanov düyməni basdı və mənə dəmiryolçuların məktubları axışdı.

Cavid Qurbanova qarşı ağır ittihamlar...

Guya Cavid olmasaydı biz “Stolıpin vaqonları”na qayıdardıq. Buna görə də sağ olsun! Nə deyirəm, əgər belədirsə, daha irəli gedək!
Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır.

Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!”

Daha sonra “AzPolitika.info”nun bu yaxınlarda verdiyi yazıdan sitatlar gətirilir. Bildirilir ki, tikintisinə 10 ildən çox vaxt gedən, 1 milyard dollardan artıq vəsait xərclənən Bakı-Tiflis-Qars dəmiryol xəttinın açılış mərasimi ötən il həyata keçirilsə də, yol, istismara hələ də tam hazır deyil: “Baxmayaraq ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış ərəfəsində mətbuata açıqlamalarında bu ilin yayından Bakı-Tiflis-Qars dəmiryol xətti ilə hətta sərnişindaşımalarının həyata keçiriləcəyini deyirdi.

Cavid Qurbanova qarşı ağır ittihamlar...

Cavid Qurbanovun bu günlərdə yayımlanan müsahibəsindən aydın olur ki, yolla yükdaşımalar aparılsa da, sərnişindaşımaya başlamaq gələn ildən tez mümkün olmayacaq. Hətta bəzi iddialara görə, sərnişindaşıma 2020-ci ildən tez həyata keçirilməyəcək.

Bunun səbəbi isə 3 il əvvəl C.Qurbanovun adlarını çəkmək istəmədiyi “bəzi adamların səhlənkarlığı üzündən” sərnişin vaqonlarının alınmasına dair sifarişin vaxtında icra olunmamasıdır”.

Bununlarla yanaşı bir sıra media orqanlarında, internet resurslarında Cavid Qurbanovla bağı ağır ittihamlar dərc olunub. Musavat.com-un yazdığına görə, həmin materiallarda qeyd olunur ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan “Təsərrüfat İdarəsi” MMC-də bir sıra qanun pozuntuları aşkarlanıb. Bildirilir ki, Bakı Dəmir Yolu Deposunda Rəhman Babaşov, Sərnişin Daşınmalar Departamentinin rəisi Elyar Muradov, onun müavini Hikmət Quliyev və digərlərinin əlbir olaraq qanunsuzluqlar edirlər, korrupsiya əməllərinə yol verirlər.

“Elyar Muradovun, Rəhman Babaşovun, Hikmət Quliyevin özbaşınalıqlaırndan ASC sədrinin birbaşa xəbəri var və bu qrupun qanunsuz əməllərindən əldə olunan gəlirlərdən Azərbyacan Dəmir Yolları ASC-nin sədrinə də pay çatır. “Azərbaycan Dəmir Yollaır ASC-də vəziyyət tamam başqa cürdü.Yəni Cavid Qurbanov hər gün keçmiş rəis Arif Əsgərovun atasına yüz dəfə rəhmət oxutdurur” -deyə dəmiryolçulara istinadən verilən şikayət məktubunda vurğulanır.

Cavid Qurbanova qarşı ağır ittihamlar...

Həmçinin bildirilir ki, R.Babaşovun himayədarı Elyar Muradovdur. Onun sayəsində R.Babaşov yol verdiyi qanunsuzluqlara rəğmən cəzasız qalır. C.Qurbanov isə E.Muradov və onun dəstəsinin fəaliyyətinə məqsədyönlü şəkildə göz yummaqda ittiham olunur .

Yazılarda dəmiryolçulara istinadən iddia olunur ki, C.Qurbanov rəis təyin olunduqdan sonra işçilərin əmək haqları 3 dəfə aşağı düşüb: “Halbuki keçmiş sədr Arif Əsgərovun dövründə qatar rəisləri 500-600 manat arası əmək haqqı alırdılar. Ancaq indi özlərinə məxsus qatar rəislərindən başqa yerdə qalanlar 250-300 manat arası əmək haqqı alır. QSC-də hər kəs yaxşı bilir ki, Bakı Deposunda Rəhman Babaşovun rəhbərliyi altında hər ay yüz min manatlarla vəsait silinərək mənimsənilir”.

Şikayət məktublarında bütün bunlardan Cavid Qurbanovun da xəbəri olduğu iddia edilir: “Cavid Qurbanova Elyar Muradova Rəhman Babaşova sual vermək lazımdır ki, rezerv vaqonlardakı xanım qatar rəisləri və bələdçiləri niyə 400-500 manat əməkhaqqı alır? Cavid Qurbanov gələndən sonra Dəmir Yolları ASC-də özbaşınalıq, korrupsiya bir neçə dəfə çoxalıb”.

Cavid Qurbanova qarşı ağır ittihamlar...

Cavid Qurbanovun vəzifəyə gəldikdən sonra ASC-də uzun illərdən bəri korrupsiyanın başında gedən şəxsləri işdən çıxarmadığı, onlarla münasibətlərinu daha da istiləşdirdiyi bildirilir.

Yazılarda Cavid Qurbanovun böyük qorunma ilə gəzdiyi, şikayətçilərin ona yaxınlaşmasına imkan verilmədiyi bildirilir: “Cavid Qurbanov ASC-nin binasından çıxanda ətrafında 20 nəfər olur. Həmin 20 nəfər sədri avtomobilə minənə qədər müşayiət edirlər. Buna görə də ASC-də şaiyə buraxıblar ki, guya Cavid Qurbanovun ətrafı qəsdən çoxlu şəkildə onu müşayət edirlər ki, sədrə heç kəs yaxınlaşmasın. ASC sədrinin ətrafı onu toplu şəkildə müşayət edərək hansısa şikayətçinin Cavid Qurbanova yaxınlaşmasına imkan vermirlər. Ətrafının Cavid Qurbanovu toplu şəkildə avtomobilinə qədər müşayiət etməsi əslində birbaşa ASC sədrinin öz planıdır. O, şikayətçilərlə qarşılaşmamaq üçün bu üsuldan istifadə edir”.

Məlumatlaeda qeyd olunur ki, Bakı-Zaqatala qatarını bələdçi xanımlar depoda öz şəxsi hesablarına boyalayıblar. Depo rəisi Rəhman Babaşov və Elyar Muradov açıq aşkar deyib ki, narazılıq edənlər işləri ilə vidalaşacaq.(AzPolitika.info)

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI