PARADOKS

AKTUAL

Azər Bayramovun icra başçılarını özündən asılı etmək planı

9-04-2018, 15:35
  •     
  • Üst Xəbər |
  •  Oxunma: 10089


Maliyyə nazirinin müavini Azər Bayramov Samir Şərifovun yerini tutacağı halda Dövlət Xəzinadarlıq Agentliyinə geniş səlahiyyətlər verəcəyi barədə barədə söyləntilər var

Faktiki olaraq Azər Bayramov siyasi məqsədləri naminə Dövlət Xəzinadarlğı Agentliyinin səlahiyyətlərini artırmaq və regional idarələr formalaşdırmaqla bölgələrin maliyyələşdirilməsini “Gədəbəy qruplaşması”nın nəzarətinə verməklə, bir başa icra başçılarını öz iradəsinə tabe etdirmək istəyir.
"XeberBiz" xəbər verir ki, bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir.

Uzun müddətdir Maliyyə naziri Samir Şərifovun vəzifədən alınacağı ilə bağlı ölkə mətbuatında məlumatların ardı arası kəsilmir. “Beynəlxalq Bank” qalmaqalında Cahangir Hacıyevin həbsxanaya gönərilməsindən sonra Maliyyə nazirinin vəzifəsindən çıxarılacağı ehtimalları çoxalsa da, hələ ki, Samir Şərifov kreslosunu qoruyub saxlamaqda davam edir. Hazırda prezident seçkilərindən sonra yeni formalaşdırılacaq hökümətdə Samir Şərifovun yer almayacağı barədə də məlumatlar mətbuatda ardı-arası kəsilmədən yayılmaqdadır. Qeyd edək ki, bu məlumatlarda Samir Şərifovun yerinə ən gətiriləcək şəxslər arasında ən çox Maliyyə nazirinin müavini Azər Bayramovun adı hallanır.

Samir Şərifovun vəzifədə qalması Maliyyə Nazirliyində uzun müddətdən bəri formalaşan və böyük bir klana çevrilən “Gədəbəy qruplaşması”nın planlarını alt-üst edir və bu klanın faktiki rəhbəri Azər Bayramov hazırda öz “şefini aşırmaq” üçün bütün imkanlarıyla çalışmaqdadır.

Samir Şərifovun işdən çıxarılması ilə bağlı saytımızı bilgiləndirən mənbənin iddiasına görə, nazir müavini Azər Bayramovun bu məsələdə “xüsusi”planı var. Artıq nazir müavini özünün ətrafı ilə keçirdiyi toplantılarda açıq deyir ki, prezident seçkilərindən sonra hakimiyyət içindəki yer dəyişmələrdə nazir Samir Şərifovunda adı var və bu onların işinə yarıyır.

Maliyyə nazirliyindəki mənbəmiz bildirir ki, Azər Bayramov Samir Şərifov vəzifədən çıxarıldıqdan sonra nazir kürsüsünə oturarsa, Azər Bayramov “Gədəbəy qruplaşması”ndan olan yaxın adamlarını nazirlikdə ən yüksək vəzifələrə çəkməyi planlayır. Azər Bayramovun “xüsusi plan”ında isə bir nömrəli hədfi ən yaxın adamı, dostu Elman Piriyevin rəhbərlik etdiyi Dövlət Xəzinadarlıq Agentliyininin səlahiyyətlərini böyüdərək müstəqil bir quruma çevrilməkdir.

Mənbəmiz Azər Bayramovun Dövlət Xəzinadarlıq Agentliyinin səlahiyyətlərinin genişləndirilərək müstəqil quruma çevriləməsi uğrunda uzun müddətdən bəri mübarizə apardığını deyir. Nazir müavini dəflərlə rayonlardakı maliyyə idarələrinin ləvğ edilərək, bir neçə rayonun birləşdiyi Xəzinadarlıq idarələrinin yaranması təklifini irəli sürsədə nazir Samir Şərifov onun bu təklifinə bilinməyən səbəblərdən dəstək verməyib. Hazırda Dövlət Xəzinadarlıq Agentliyinin tabeliçiyində 12 idarə mövcuddur. Ancaq Azər Bayramovun lahiyyəsi baş tutarsa, o zaman Elman Piriyevin rəhbərlik etdiyi qurum Maliyyə Nazirliyində ən böyük və geniş səlahiyyətlərə sahib bir quruma çevrilə bilər.

Məlumata görə Azər Bayramovun əsas planı dövlətin ayırdığı büdcə vəsaitlərinin xərclənməsini tamamilə Elman Piriyevin nəzarətinə verməklə “Gədəbəy qruplaşması”nın aparıcı rola sahib olmasını təmin etmkdir. Bu yolla Azər Bayramov həmçinin icra başçılarını da öz nəzarəti altına almaq və onlara təzyiq etmək üçün rıçaq əldə etməyə çalışdığı bildirilir. Yəni faktiki olaraq Azər Bayramov siyasi məqsədləri naminə Dövlət Xəzinadarlıq Agentliyinin səlahiyyətlərini artırmaq və regional idarələr formalaşdırmaqla bölgələrin maliyyələşdirilməsini “Gədəbəy qruplaşması”nın nəzarətinə verməklə, bir başa icra başçılarını öz iradəsinə tabe etdirmək istəyir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI