PARADOKS

AKTUAL

Vergilər nazirliyində sahibkarlara "töycü qoyan" Vüsal İsmayılovun yeni himayədarı kimdir? - Təfsilat

10-04-2018, 19:35
  •     
  • Üst Xəbər |
  •  Oxunma: 10049


Uzun illər Azərbaycanın Vergilər naziri postunu tutan Fazil Məmmədov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra mediada bəzi maxinasiyalar etdiyi barədə məlumatlar yayıldı. Yayılan məlumatlarda Fazil Məmmədovun rəhbərlik etdiyi "çete"nin dövlətin 4 milyard manatını oğurlanaraq xaricə daşımasından tutmuş, ölkədə fəaliyyət göstərən sahibkarlarla, xüsusən də iri vergi ödəyiciləri ilə Eldar Mahmudovsayağı "işbirliyində" olduğu deyilirdi. Dövlət başçısı İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin ziddinə olaraq sabiq Vergilər Naziri Fazil Məmmədovun xeyir-duası ilə nazirliyin müəyyən idarələrinin sahibkarlara qarşı etdiyi qanunsuzluq, bu qanunsuzluqların nəticəsində dövlət büdcəsindən milyonlarla vəsaitin yayındırıldığı məlum oldu.

Ancaq yeni Vergilər naziri təyin olunan Mikayıl Cabbarovun qısa zaman ərzində nazirlikdə neqativ fəaliyyətlə məşğul olan, adları müxtəlif maxinasiyalarda hallandırılan nazirliyin işçilərini vəzifədən azad etməsi və eyni zamanda sahibkarlığın inkişafına yeni stimul verəcək islahatların aparılacağını bəyan etməsi və bu istiqamətdə müəyyən addımlar atması ölkə sahibkarlarında yeni ümidlər oyatmaqdadır. Təəssüf ki, Vergilər nazirliyində Mikayıl Cabbarovun təmizləmə əməliyyatından kənarda qalmağı bacarmış, Fazil Məmmədovun vaxtında olduğu kimi, hələ də vergi ödəyicilərinə qənim kəsilən vəzifə sahibləri qalmaqdadır.

Bu cür şəxslərdən biri də İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılovdur.

Son zamanlar İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin, xüsusən də bu İdarənin direktoru Vüsal İsmayılov barəsində edilən şikayətlərin ardı-arası kəsilmir. Belə ki, sabiq nazir Fazil Məmmədovun etibarlı kadrı və yetirməsi olduğu iddia edilən Vüsal İsmayılovun qanunsuz əməllərini hələ də davam etdirdiyi deyilir. Yayılan məlumatlarda V. İsmayılovun öz vəzifə səlahiyyətlərindən istifadə edərək iri vergi ödəyicisi olan şirkətlərə təzyiqlər etdiyi, həyata keçirilən bütün alqı-satqı müqavilələrinin və pul köcürmələrinin yalnız onun çətiri altında işləyən şirkətlər vasitəsi ilə aparılmasını tələb etdiyi deyilir. Vüsal İsmayılovun qanunsuz əməllərinin bununla yekunlaşmadığı, təsadüfən ayrı-ayrı şirkətlərlə bağlanmiş müqavilələri ləğv etdirdiyi, bu istəyinə tabe olmayan şirkətlərin isə min cür bahənələrlə hesablarının bağlandığı və ya qanunsuz olaraq iri məbləğlərdə cərimələndikləri deyilir.

Dövlət sifarişlərini yerinə yetirən, böyük həcmdə tenderlərin qalibi olan şirkətlərin Vüsal ismayılovun qanunsuz əməllərinə görə müflis həddində olduqları bildirilir.

Vüsal İsmayılovun əməllərindən şikayətçi olan sahibkarların sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergilər Nazirliyinin nəzdində yaradılan Vergi ödəyicilərinə Xidmət Mərkəzinə - 195 nömrəli Çağrı Mərkəzinə etdikləri müraciətlərin, şikayətlərin isə müəmmalı formada yoxa çıxdığı deyilir.

Fazil Məmmədovun kadrı Vüsal İsmayılov indi kimə sığınıb?

"XeberBiz" xəbər verir ki, Qlobal.az-a daxil olan məlumata görə, sahibkarlara qanunsuz haqq qoyan İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılov vəzifəsində qalmaq üçün özünə yeni havadar tapıb.

Məlumatlarda iddia olunur ki, Vergilər nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılovun belə bir yüksək vəzifəyə gətirilməsində həmkəndlisi və qohumu, sabiq nazir Fazil Məmmədovun müşaviri və ən yaxın adamlarından biri olan Mahir Rəfiyev böyük rolu olub. Məlumata görə Mahir Rafiyev Vüsal İsmayılovun bu vəzifəyə təyinatı üçün ondan vaxtı ilə 200 min manat "şirinlik” alıb. Həmin pulu Mahir Rəfiyevə isə Vüsal İsmayılovun atası Azər İsmayılovun verdiyi deyilir.

Araşdırmamız zamanı o da məlum oldu ki, Vüsal İsmayılovun atası Azər İsmayılov uzun illərdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzidində fəaliyyət göstərən Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsində işləyir. Azər İsmayılovun Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumda ciddi maliyyə maxinasiyaları həyata keçirən şəxslərdən biri kimi tanınır.

İlginc məqam isə Mikayıl Cabbarovun Vergilər Naziri təyin edilməsindən sonra Vüsal İsmayılovun nazirliyin ən önəmli qurumlarından biri olan İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin rəisi vəifəsində qalmasıdır.

Məsələ ilə bağlı saytımızın əldə etdiyi məlumatda iddia olunur ki, Vüsal İsmayılovun nazirliyin ən önəmli qurumundakı vəzifəsində qalmasının əsl səbəbi yeni nazir Mikayıl Cabbarovun xalası oğlu və müşaviri Elnur Əliyevdir. Məhz Elnur Əliyevin dəstəyi nəticəsində barəsində yüzlərlə şikayətlər olunan, müxtəlif maxinasiyalarda adı hallanan Vüsal İsmayılov vəzifəsində qala bilib.

Qeyd edək ki, Elnur Əliyev vaxtilə Təhsil nazirliyində Mikayıl Cabbarovun "qara kassa”larından sayılırdı.

Məhz Vüsal İsmayılovun Elnur Əliyevlə münasibət yaradaraq vəzifəsində qaldığı iddia olunur.

Qarşı tərəf də mövqe sərgiləyə bilər.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI