PARADOKS

AKTUAL

Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı

26-05-2018, 13:41
  •     
  • Üst Xəbər |
  •  Oxunma: 10136


Kustar oliqarxların-Zülfüqarlı qardaşlarının müəssisələri və digər qeyri-leqal sexlər uzun müddətdir Azərbaycanda sənayenin strateji sahəsi olan qara metallurgiyada sistemli böhran yaradıb. Hökumət isə nəyə görəsə bu məsələdə passiv müşahidəçi mövqeyini tutub. Kustar oliqarxlar hələ də soyğunçuluq yolu ilə topladıqları ilkin kapitalın hesabına bu sahədən qazanmaqda davam edir

Virtualaz.org bundan əvvəl də dəfələrlə Azərbaycanın qara metallurgiya sənayesində uzun illərdir hökm sürən sistemli böhran və ondan çıxış yolları barədə araşdırmalar dərc edib.

Bu araşdırmalara hökumətdən fərqli olaraq Zülfüqarlı qardaşları operativ reaksiya veriblər. Onlar kustar metallurgiya “zavodlarını” ölkədə azad bazarın mövcud olmaması ilə əsaslandırmağa çalışıblar. Üstəlik bir qədər də irəli gedərək Fərhad Əliyevin iqtisadi inkişaf naziri olduğu dövrləri “Azərbaycan iqtisadiyyatının renessans dövrü” də aldlandırıblar. Heç demə Fərhad Əliyevə islahatları davam etdirməyə imkan verilsəymiş Azərbaycan iqtisadiyyatında situasiya indi tamam başqa olarmış.

Əslində qara metallurgiya təkcə Azərbaycanda deyil, dünyanın ABŞ, Çin, Yaponiya, Almaniya kimi iri ölkələrində də sənayenin strateji sahəsidir. Bu sahədə yaradılan əlavə dəyər ümumi iqtisadi inkişaf üçün həlledici əhəmiyyət kəsb edir, fəhlələrdən tutmuş ixtisaslı kadrlara qədər insanların stabil iş yerləri ilə təmin olunması, işsizlik probleminin həlli üçün qara metallurgiyanın inkişaf etdirilməsi uzun illədir sınaqdan çıxmış üsuldur.

Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı

Təsadüfi deyil ki, vaxtilə Azərbaycanın daxil olduğu SSRİ-də də iqtisadiyyatın əsas sahələrindən birini qara metallurgiya təşkil edirdi. Sovet dövründə Azərbaycanda da bir sıra iri metallurgiya müəssisələri yaradılmışdı. Amma SSRİ-nin dağılmasından sonra Azərbaycanda iqtisadiyyatın bu mühüm sektorunun dağılması üçün çox vaxt lazım gəlmədi. 1991-ci ildə qara metallurgiya ölkənin ümumi sənaye istehsalının 10 faizini təmin edirdi, indi isə bu heç 1 faizi də keçmir. 2001-ci ilə qədər isə Azərbaycanda heç tikinti armaturu da istehsal olunmurdu, ölkə onu bütünlüklə xaricdən idxal edidi. Nəticədə o dövrə qədər qara metallurgiya barədə danışmaq mümkün deyildi, bu sahə faktiki olaraq ölü vəziyyətdə idi.

2000-ci ilin əvvəllərindən isə məlum olduğu kimi qara metallurgiyada kustar sexlərin, Zülfüqarlı qardaşlarının heç bir texnloji normalara əməl edilməyən “zavodların” dövranı başladı. Amma bu sahəni dirçəltmək üçün dövlətin dəstəyinə ehtiyac var idi, çünki qara metallurgiya iqtisadiyyatın elə sahəsidir ki, onu dirçəltmək üçün milyardlarla dollar investisiyaya ehtiyac var. Dövlət isə belə görünür ki, bu sahəni başlı-başına buraxıb.

Azərbaycanda 2005-2010-cu illərdə qara metallurgiyada bir işçinin payına 16-18 min manatlıq məhsul istehsalı düşürdü. 2015-ci ildə isə bu rəqəm 73.7 min manatı keçib. İnflyasiyanı da nəzərə almaqla metallurgiya sahəsində əmək məhsuldarlığı iki dəfə artıb. Amma bu sahədə çalışan işçilərin orta illik sayı iki dəfədən çox azalıb. Metallurgiyada əmək məhsuldarlığının artmasına sevinmək olardı, amma...

Sovet dövründə Azərbaycanda metallurgiya kompleksi tam istehsal dövrəsi təşkil edirdi-filiz hasilatından tutmuş ondan hazır məhsulun istehsalına qədər hamısı bir istehsalat zəncirində birləşmişdi. Və vahid mərkəzdən idarə olunurdu. Bu gün isə bu proses o qədər dağınıqdır ki, metallurgiyanın hələ də ayaqda qalmasına ancaq təəcüblənmək olar.

Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı

Təsəvvür etmək çətindir ki, ölkənin faktiki dağılmış metallurgiya sahəsində 29 müəssisə (5 dövlət, 24 özəl) fəaliyyət göstərir, üstəlik 49 fərdi sahibkar! Burada ən ciddi sual əmək məhsuldarlığıdır. Azərbaycanda rəqabətə davam gətirməyən, aşağı keyfiyytli məhsul istehsal edən bu qədər müəssisə nəyə gərəkdir? Nədən dövlət bu sahədə təmərgüzləşməyə getmir və onu nəzarətsiz buraxıb?

İqtisadi İnkişaf Nazirliyi bu məsələyə belə yanaşır ki, bazarda nə qədər çox iştirakçı olsa rəqabət də güclü olar, güclü rəqabət isə məlumdur ki, qiymətin aşağı düşməsinə, keyfiyyətin artmasına təsir edən başlıca amildir. Hərçənd bu sahədə rəqabət özü qaçılmazdır, amma xammalın və son məhsulun qiymətləri daxili bazarın deyil, xarici bazarın şərtləri ilə diqtə olunur.

Əlbətdə, dövlət sovet dövründə olduğu kimi bu sahəni öz nəzarətinə almalı deyil. Dövlətin vəzifələrinə qara metallurgiya sənayesində standartlara uyğun, rəqabətə, o cümlədən xarici bazarlarda rəqabətə davam gətirə bilən məhsullar istehsal edən müəssisələrin ucuz, uzunmüddətli kredit resurslarına çıxışını təmin etmək daxildir. Üstəlik bu elə sahədir ki, xırda sexlərin və metallurgiyadan xəbəri olmayan fərdi sahibkarların ümidinə də buraxmaq olmaz. Qara metallurgiya iri investisiyalar tələb edən və vahid kompleksdə fəaliyyət göstərən sahədir.

Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı

Azərbaycanın qara metallurgiya müəssisələri hazırda xammal kimi “metallom”dan istifadə edir və bu da məhsulun maya dəyərinin yüksəlməsinə təsir edən əsas amildir. Çünki müəssisələr “metallom”un tonunu orta hesabla 320 manata alır, hazır armaturun tonu isə 900 manata yaxındır. Yəni məhsulun qiymətinin üçdə birindən çoxunu maya dəyəri təşkil edir. Əgər xammal kimi dəmir filizinə keçilsə maya dəyəri də kəskin aşağı düşəcək. Nəticədə son məhsulun qiyməti daha aşağı olacaq, müəssisələrin gəliri artacaq, yeni iş yerlərinin yaradılması mümkün olacaq.

Azərbaycanda metallurgiya sənayesi üçün yeganə xammal bazası məlum olduğu kimi, Daşkəsən Filizsaflaşdırma Kombinatıdır. Həmin müəssisənin taleyi isə uzun illərdir naməlum qalıb, dövlət bu müəssisəni özəlləşdirmək üçün dörd investisiya müsabiqəsi keçirsə də nəticəsi olmayıb. Bu kombinat ciddi investorları maraqlandıra bilməzdi. Çünki şərtlərə görə investor təkcə dövlət büdcəsinə 100 milyon manat köçürməli, azı 600 milyon dollarlıq beşillik investisiya planı təqdim etməli, azı min yeni iş yerləri açmaq öhdəliyini götürməlidir.

Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı

Axı xarabalıqlara çevrilmiş kombinata bu qədər pulu hansı xarici invstor yatırırar? İnvestorları cəlb etmək üçün müəyyən güzəştlər, əlverişli şərtlər lazımdır. Əmlak Məsələləri Dövlət Komitəsi isə əvvəlcədən ağır şərt qoyur-kombinatı almaq istəyən investor gərək azı 1 milyard manat yatırsın.

Bir halda ki, 1991-ci ildən bu yana Azərbaycanda metallurgiya sferasına cəmi 391 milyon manat yatırılıb, 1 milyard manat tələbi nə dərəcəd ağlabatandır? Axı başqa ölkələrdə, elə qonşu Rusiyada çoxmilyardlıq metallurgiya kompleksinin özəlləşdirilməsi üçün dövlət oliqarx Əlişir Usmanova hansı güzəştlərə getmədi ki?! Müəssisə investora az qaal havayı verildi.

Azərbaycanda isə məmurlar bunu dərk etməlidir ki, başlıca məqsəd dağ-mədən kombinatını satmaq deyil, onun vahid istehsalat zəncirinin tərkibində gələcək fəaliyyətinə də nail olmaqdır. Hansı ki, Azərbaycanda qara metallurgiyada belə vahid istehsalat zənciri qura biləcək müəssisə təkcə “Baku Steel Company” QSC-dir. Daşkəsən kombinatını güzəşti şərtlərlə bu müəssisəyə satmaqla ölkədə qara metallurgiyanın kompleks inkişafına nail olmaq mümkün idi, özəlləşdirmə isə ağır şərtlərə görə illərdir uzanır. Nəticədə kombinat dağılıb gedir, fəhlələri illərlə maaş almır, qara metallurgiya isə xammal kimi “metallom”un ümidinə qalır...

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI