PARADOKS

AKTUAL

"Akkord" batır: öhdəliklər 675 milyon manata, borc 345 min manata çatıb

19-07-2018, 10:16
  •     
  • Üst Xəbər |
  •  Oxunma: 10448


"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 856,937 mln. manat təşkil edib.

"XeberBiz" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 28,1% azdır.

2017-ci ildə "Akkord"un cəmi öhdəlikləri 1,6% artaraq 675,676 mln. manata çatıb, cəmi kapitalı isə 65,6% azalaraq 181,262 mln. manata düşüb.

Ötən il şirətin satışdan gəlirləri 12,788 mln. manat (əvvəlki ilə nisbətən 16,4% çox), satışının maya dəyəri 8,44 mln. manat (8,3% az), satış xərcləri 25 min manat (87% az), ümumi və inzibati xərcləri 1,529 mln. manat (79,2% az), digər xərcləri 3 min manat (86,6 dəfə az), maliyyə xərcləri 842 min manat (42,7 dəfə az), məzənnə fərqindən zərəri 12,3 mln. manat (əvvəlki il gəlir olub) təşkil edib.

Son nəticədə "Akkord" 2017-ci ili 345 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət 2016-cı ildə 6,317 mln. manat mənfəətlə çıxmışdı.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI