PARADOKS

AKTUAL

Cahangir Hacıyevin kadrı “Azər-Türk Bank”a gətirilir — MÜƏMMA

9-01-2017, 17:18
  •     
  • Aktual |
  •  Oxunma: 165

yüklənir...

Cahangir Hacıyevin kadrı “Azər-Türk Bank”a gətirilir —

“Azər-Türk Bank”ın mətbuat katibi işdən çıxıb və onun yerinə ABB-nin keçmiş mətbuat katibinin təyin ediləcəyi gözlənilir

Bankın mətbuat katibi Nəsimi Cəfərli öz istəyi ilə vəzifəsindən azad edilib. XeberBiz.az xəbər verir ki, bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, onun yerinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) keçmiş mətbuat katibi Rauf Ağayevin təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

XeberBiz.az Ölkə.az istinadən xatırladır ki, Rauf Ağayev “Azərbaycan Beynəlxalq Bankı” ASC-də Cahangir Hacıyevin rəhbərliyi müddətində çalışıb.

XeberBiz.az



Loading...

yüklənir...

Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI