PARADOKS

AKTUAL

İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti

11-01-2017, 17:55
  •     
  • Aktual |
  •  Oxunma: 286

yüklənir...

İdarə müdirinin

Şirvan Meşə-Meliorasiya İdarəsinin müdiri İlyas Səfərovun qanunsuz əməlləri, pulsilmə əməliyyatları və oğlunun bir neçə il əvvəl törətdiyi qəzada baş verən ölüm hadisəsinin üstünü ört-basdır etməsi ilə bağlı mediada davamlı olaraq məlumatlar dərc olunur.

Bu şəxslə bağlı Gunxeber.com-a daxil olan son məlumatlara görə, İlyas Səfərov indi də büdcədən ayrılan pulları lil təmizləmə və başqa adlar altında mənimsəyir. İdarə müdiri kanlların, arxların, drenajların lildən təmizlənməsinə ayrılan dövlət vəsaitini talayır, əvəzində isə heç bir iş görmür.

Daha öncə İ.Səfərovun fəaliyyəti ilə bağlı mətbuatda gedən məlumatlarda da bildirilirdi ki, hər il kanlların, arxların lildən təmizlənməsi üçün büdcədən külli -miqdrada vəsait ayrılır.

İ.Səfərov həmçinin meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılması, meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınması, üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunması üçün dövlət ərəfndən ayrılan külli-miqdarda vəsaiti də mənimsəyir. Qanunsuz yolla əldə edilən vəsaitin böyük hissəsi isə İ.Səfərovun biznesinin genişləndrilməsinə yönəldilir.

Məlumata görə, hər yerdə Gəncənin icra başçısı Elmar Vəliyevin qohumu olduğunu bildirən İ.Səfərov bu qohumluq əlaqələrindən geniş şəkildə istifadə edir.

Onun taladığı dövlət vəsaiti hesabına özünə restoranlar, kafelər, market tikdirdiyi, böyük balıqçılıq vətəgəsi yaratdığı bildirilir.
İdarə müdirinin bu obyektlərini bir müddət əvvəl “Hyundai Tucson” markalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində Aran qəsəbə sakini Ceyhun Novruz oğlu Ləzgiyevin ölümünə səbəb olan qəza törətmiş oğlu Vüqar Səfərov idarə edir.

Mətbuatda haqqında çox yazılan bu qəzaya görə, İ.Səfərovun başı xeyli ağrısa da, nəticədə o oğlunu məsuliyyətdən yayındıra bilib.
«Meliorasiya və Su Təsərrüfatı» ASC-nin nəzdindəki Şirvan Meşə-Meliorasiya İdarəsinin müdiri İ.Səfərov Əhməd Əhmədzadənin regionlardakı əsas adamlarından sayılır və hər zaman da ən yaxın ətrafına bütün işləri Əhmədzadənin xeyir-duası ilə gördüyünü bildirir.
İ.Səfərovun dövlət vəsaitini necə mənimsəməsinə gəlincə, bu barədə daxil olan məlumatda bildirilir ki, bir sıra kiçik müəssisələrlə iş görülməsi üçün müqavilə bağlanılır. Bu müəssisələr isə İ.Səfərovun nəzarətindədir və müəyyən əməliyyatlardan sonra İ.Səfərov həmin müəssisələrə ayrılan vəsitləri mənimsəyir.

İdarə müdirinin həmçinin rəhbərlik etdiyi müəssisənin balansında olan texnikanı müxtəlif şəxslərə, iş adamlarına icarəyə verməklə də para qazandığı deyilir.

Qeyd edək ki, bu vəzifəsindən əvvəl İ.Səfərov Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi postunu tutub və qanunsuzluqlar, müxtəlif əməliyyatlar vasitəsilə 100 minlərlə manat qazanıb.

Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi olarkən bu cür qanunsuzluqlar edən bir şəxsə Ə.Əhmədzadə tərəfindən daha yağlı tikə verilməsi şübhəsiz ki, qaranlıq məqamlarla bağlıdır.

Görünür İ.Səfərov hər zaman özünün dediyi kimi dövlət büdcəsini Ə.Əhmədzadənin xeyir-duası ilə talayır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./ Gunxeber.com

XeberBiz.az




Loading...

yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI