PARADOKS

AKTUAL

Mikayıl Cabbarov da Misir Mərdanovun yolunu gedir: NAZİRLİKDƏ QOHUMBAZLIQ

12-01-2017, 14:05
  •     
  • Aktual |
  •  Oxunma: 207

yüklənir...

Mikayıl Cabbarov da Misir Mərdanovun yolunu gedir:

Mikayıl Cabbarov da Misir Mərdanovun bu ənənəsini davam etdirir.


Azərbaycan cəmiyyəti təhsil naziri Mikayıl Cabbarovdan ciddi islahatlar gözləyir. Görülən işlər, atılan addımlar böhrandan çıxmağa xidmət etməlidir. Amma baş verənlər göstərir ki, Misir Mərdanovun qoyub getdiyi çoxsaylı problemlərin yaxın vaxtlarda həllinə bəslənən ümidlər get-gedə puça çıxır.

Cabbarovun atdığı addımlar da yanlış olsa, artıq hamının əli təhsildən üzülmüş olacaq. Artıq Cabbarovun nazir təyin olunmasının bir ili tamam olur. O, təhsilin inkişafına təkan verə biləcəkmi?

Ötən bir ildə təhsil sistemində inkişafa xidmət edən dəyişikliklər hiss olunmur. Deyəsən, təhsilin özəyini təşkil edən orta təhsildə ciddi islahatlar aparmaq mümkün olmayacaq. Mikayıl Cabbarov nazir təyin olunduqdan dərhal sonra orta məktəblərdəki yeməkxanaların müqəddəratını həll etdi. Yeməkxanadan başlanan islahatın sonra nədən davam etməsindən danışmaq bir qədər çətindir. Onun vaxtında 248 nəfər şagirdə verilən medallar zamanı ortaya çıxan saxtakarlıqlar yaddan çıxa bilməz. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzalı Qədirovun oğluna elə həyat yoldaşının direktoru olduğu məktəbdə qızıl medal verilmişdi. Qədirovun oğlu isə bu etimadı doğruldaraq 473 bal toplamışdı. Mərdanovun sağ əli olan Qədirov hələ də vəzifəsini icra edir. Yeni nazir onu etdiyi aşkar saxtakarlığa görə vəzifəsindən çıxara bilmədi. Rus Dili və Ədəbiyyatı Institutunu qiyabi qurtaran Fərzalı müəllim neçə illərdir ki, belə böyük bir vəzifəni daşıyır. Əgər yeni nazir onun təcrübəsindən istifadə edirsə, bu heç də yaxşı hal deyil.
Yeri gəlmişkən, Bayram Hüseynzadə də hələ "Azərbaycan müəllimi” qəzetinin baş redaktorudur. Bu, pedaqoji ictimaiyyətə sayğısızlıq deyilmi?
Təhsil ekspertləri Misir Mərdanovu tənqid edəndə onun qohumbazlığı ilə bağlı əməllərindən danışırlar. Yeni nazir belə şeylərdən uzaqdırmı? Bu mövzuda ilginc məlumatlar daxil olub.//azadliq.info

XeberBiz.az



Loading...

yüklənir...

Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI