PARADOKS

AKTUAL

AzTV sədrinin milyonlarının olduğunu sübut edən sənədlər - Fotolar

27-09-2017, 11:27
  •     
  • Aktual / Manşet |
  •  Oxunma: 10085

Türkel Azərtürkün aparıcısı olduğu “Xəbər var” proqramına muraciət edən Əkbərova Cəmilə adlı xanım Arif Alışanovun əməllərindən bəhs edib

O bildirib ki, atası, Əkbərov Şücayət, Arif Alişanovun göstərişi ilə düz 9 aydır ki, saxta ittihamlarla həbsdə saxlanılır. Xanım bildirir ki, bir vaxtlar onlar Alişanovlarla ailəvi dost olublar. Amma bir müddət sonra Arif Alişanov dostluğa naxələf çıxıb və illərlə onun üçün dəyəri milyonlarla ölçülən torpaq sahələri tapıb, satan dostunu, Şücayət Əkbərovu həbsə atdırıb.

O, iddia edib ki, bəs Əkbərov güya onu aldadaraq, 5 milyon manatını mənimsəyib və sonradan onun həyatına sui-qəsd hazırlayıb. Hazırda həbsdə olan Şücayət Əkbərovun özü və ailə üzvləri isə bütün bu ittihamları rədd edirlər və bildirirlər ki, Alişanov bu oyunu sadəcə onların şəxsi mülklərini ələ keçirtməkdən ötrü edib. Əkbərovun qızı deyir ki, atamın həbsindən sonra Alişanovun bacısı oğlu və sürücüsü anamı yolda maşına otuzdurub, məcburi qaydada Şamaxıda bir natariusa aparıblar və anama təzyiq altında bütün əmlakımızın onlara bağışlanması ilə bağlı sənədə qol çəkdiriblər. Xanım daha sonra Alişanovun onun atasının vasitəsi ilə ailə üzvlərinin və sürücüsünün adına aldığı torpaq sahələrinin sənədlərini bizə göndərərək, sual edir: “Hüquq-mühafizə orqanları Aztv sədrinin göstərişi ilə atamı mühakimə edincə, niyə Alişanovun bu qədər pulu haradan gətirdiyini araşdırmırlar?”

Təqdim etdiyi sənədlərdən görünür ki, Aztv-nin rəhbəri Şamaxı rayonunun bütün boş torpaq sahələrini həyat yoldaşı Alişanova Mehriban, qızları Aşurbəyova Aynur, Alişanova Nigar, bacısı qızı Cəfərova Nilufər və sürücüsü Babayev Hacının adına alıb. Söhbət təkcə Şamaxı rayonundan alınmış 100-lərlə hektar torpaq sahəsindən gedir. Özü də deyir ki, dostum bu qədər torpaq sahəsini mənim üçün alıb, amma sonradan da başımı aldadaraq 5 milyon pulumu atıb…/aztoday.az

XeberBiz.az

yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI