PARADOKS

AKTUAL

General və “Broker Əbülfəz”in İlham Əliyevə invoys xəyanəti - dəhşətli faktlar...

16-03-2018, 22:28
  •     
  • Aktual / Manşet |
  •  Oxunma: 10121


Azərbaycan dövlətinin iqtisadi sütunlarını zədələyən “Broker” MMC-nin cinayətlərinə dair yeni məlumatlar əldə olunub

"XeberBiz" fia.az-a istinadən verdiyi xəbərə görə, Əbülfəz Məlikovun rəhbəri olduğu MMC gömrükdə rüşvət alınması ilə məşğuldur.

“Broker Əbülfəz” adını qazanmış gömrük inhisarçısı prezident İlham Əliyevə, dövlətə və iş adamlarına qarşı pisliklər etməklə varlanır.

Onu himayə edən güclərin başında Dövlət Gömrük Komitəsi sədri, general Aydın Əliyev dayandığı iddia olunur.

İ.Əliyevin iqtisadi siyasətinə xəyanət edən komitə sədri ilə baş monopolist gömrükdə sahibkarlara “divan tutur”lar.

Ə.Məlikovun şəbəkəsi gömrükdə sahibkarları tələblərini yerinə yetirməyə məcbur edirlər. Tələblərdən imtina edən sahibkar sərhəddən heç bir mal ölkəyə keçirə bilməz.

Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə “haqq” ödəmək məcburiyyətindədir.

Sahibkarların gətirdiyi mallar Əbülfəz Məlikovun brokerlərinin adına rəsmiləşdirilib, rüşvəti də sahibkarlardan bu yolla alırlar.

İnvoys dəyəri 100 min dollar olan mal “Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min dolların gömrük rüsumu və ƏDV-si daxil olur.

Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir.

Əbülfəz Məlikov Rusiyada biznesmen kimi tanınan ermənilərlə sıx işbirliyindədir. Hətta onların ölkədən kənarda şərikli biznesləri də var.

Məslənin əsl mahiyyəti isə xaricdə yerləşən erməni şirkətlərinin məhsullarının Azərbaycana daşınmasıdır.

Məhz bu yolla ermənilərə böyük miqdarda qazanc verən Ə.Məlikov ölkə sahibkarlarını da istiqamətləndirir.

Moskvadan Minvoda təyyarə ilə dincəlməyə uçarkən təyyarədə bir Moskva ermənisi olan Ara Abramyanla azərbaycanlı rastlaşır.

Ara deyir ki, bacısı Raisa Ovanesyan, onun qızı Rena Bakıda yaşayırlar, kürəkəni də azərbaycanlıdır. Ara öz kürəkənindən xeyli razılıq edib və deyib ki, yeznəsi Bakıda nazirdir.

Xeyli təəccüblənən həmyerlimiz soruşub ki, yeznəniz hansı sahəyə rəhbərlik edir? Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir.

Sonra Ara danışıb ki, “Moskvada bütün ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələr bizim əlimizdə cəmləşib”.

Onun sözlərinə görə, “Monopoliya naziri” olan “yeznə” Moskvaya gələn kimi Azərbaycan üçün ərzaq məhsullarını sifariş edir.

“Biz də ona bu işlərdə öz köməkliyimizi əsirgəmirik, axı o bizim yeznəmizdir”, – deyə Ara Abramyan bildirib.

Erməni diasporunun lideri olan bu şəxsin müxtəlif biznes sahələrinə nəzarət etdiyi və hətta Azərbaycana qədər də əlinin uzandığı barədə iddialar var.

Əbülfəz Məlikovun gizli fiqurları siyahısında Anar Allahverdiyivin adına da rast gəlinir. Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur.

Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Bütün bunlara şərait yaradan is gömrük komitəsi sədridir.

Onlar şəbəkə şəklində Azərbaycana, onun iqtisadiyyatına, büdcəsinə, prezidentin siyasətinə ziyan vurmaqla məşğuldurlar.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI