PARADOKS

AKTUAL

Eynulla Fətullayevdən Cavid Qurbanova sərt ittihamlar

28-03-2018, 13:32
  •     
  • Aktual / Manşet |
  •  Oxunma: 10112


Tanınmış jurnalist Eynulla Fətullayev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanova qarşı sərt ittihamlar səsləndirib.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, bu barədə jurnalist sosial şəbəkədə yazıb. Həmin statusu təqdim edirik:

"Mən Özbəkistandakı sürət qatarlarından və Azərbaycan dəmiryolları sistemindəki bərbad vəziyyətdən yazmışdım. Bundan sonra nə başladı? "Dəmir Yolları” QSC rəhbəri Cavid Qurbanov düyməni basdı və mənə dəmiryolçuların məktubları axışdı.

Guya Cavid olmasaydı biz "Stolıpin vaqonları”na qayıdardıq. Buna görə gə sağ olsun! Nə deyirəm, əgər belədirsə, daha irəli gedək! Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır. Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!"

XeberBiz.az

https://m.facebook.com/photo.php?fbid=1610542532397383&set=a.650647981720181.1073741827.100003249547967&type=3





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI