PARADOKS

AKTUAL

“Broker Əbülfəz”in bacısı oğlu yenə sərxoş halda qəza törətdi - Video

31-03-2018, 17:17
  •     
  • Aktual / Manşet |
  •  Oxunma: 10070


"XeberBiz" xəbər verir ki, AzEuroNews.com-un əldə etdiyi məlumata görə, “10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Elvin Adıgözəlovun atası Nüsrət Adıgözəlov gömrükdə baş monopolist olan “Broker” MMC rəhbəri Əbülfəz Məlikovun sağ əlidir

Onun oğlu bir neçə ay əvvəl də qəza törətmişdi. Bu dəfə isə Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət olarkən, işıqforun qırmızı işığından keçib.

Nəticədə onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi “Nissan Sunny” markalı avtomobil onun maşınına çırpılıb.

BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub. O, yol polislərinin “saxla!” əmrinə tabe olmayıb.

O, bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq edib. O, Yol Patrul Xidmətinin qanuni “saxla!” əmrinə tabe olmayaraq şəhər ərazisində təhlükəli manevrlərə yol verib və saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.

Sürücü məhkəmənin qərarına əsasən, 15 gün müddətinə həbs edilib. Lakin məlum olub ki, ona həbs verilməyib və məsuliyyətdən yayınıb.

“Broker Əbülfəz”in bacısı oğlu yenə sərxoş halda qəza törətdi -

Əbülfəz Məlikov

Çünki Nüsrət Adıgözəlov “Broker Əbülfəz”in bacısının həyat yoldaşıdır və polislərdə qaçdı-qovdu oynayan avtoxuliqan Elvin Adıgözəlov da Əbülfəz Məlikovun dost-doğma bacısı oğludur.

Elə Elvin Adıgözəlov da “Trans-Broker”də çalışır və dayısı üçün gömrükdə pul toplamaqla məşğuldur. Ona görə də “Broker Əbüfləz” ona həqiqi mənada day-dayılıq edib.

Qeyd edək ki, artıq çoxdan Əbüfəz Məlikov adını eşidən hər kəsin ağlına ilk olaraq “Broker” anlayışı gəlir. Və bu anlayış bizi ilk növbədə adamı gömrük postlarına qədər aparıb çıxarır.

Gömrük postlarından mal keçirib gətirən hər kəs üçün “Broker” və Əbülfəz Məlikov sözləri sadəcə kabus ifadə edir. Elə bir kabus ki, hər bir iş adamı bu kabusdan bir dəfəlik qurtulmaq üçün hər gün Allaha yalvarır. Amma çifayda. Özləri də bilirlər ki, bu imkansızdır…

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI