PARADOKS

AKTUAL

Sabiq nazirlər hədəfdə - Məmmədov və Mahmudov müəmması

13-04-2018, 09:20
  •     
  • Aktual |
  •  Oxunma: 10121


Sabiq nazirlər o qədər irimiqyaslı qanunsuzluqlara yol verib ki, cəmiyyət onların yalnız işdən çıxarılması ilə barışmaq istəmir
Seçki prosesi yekunlaşdı, hakimiyyətə qarşı cəbhə açmış kəsimin idarəçilərinə qarşı savaş başlayır. Məhşər ayağına çəkiləcək şəxslər sırasında ilk yerləri sabiq məmurların tutacağı haqda iddiaları var.

Ötən saylarımızdan birində Azərbaycan hakimiyyətinin xaricdən ona qarşı yönələn hücumların kimlər tərəfindən təşkil olunması istiqamətində araşdırmalara başlaması haqda yazı dərc etmişdik. Redaksiyamıza daxil olan məlumatlardan belə aydın olurdu ki, hücumlara yön verənlər vaxtilə hakimiyyətdə təmsil olunmuş sabiq nazirlərdir. O nazirlər ki, hakimiyyətdə olduqları illərdə korrupsiya piramidalarının başında dayanıblar. Belə eks nazirlərdən biri kimi hazırda xaricdə yaşayan Abbas Abbasovun adı çəkilirdi. Baş nazirin sabiq birinci müavini olmuş Abbas Abbasovun adı son 2 prezident seçkilərində hakimiyyətə qarşı cəbhənin mərkəzi fiqurlarından biri kimi hallanmaqdadır. Onunla eyni cərgədə dayananlar da vaxtilə hakimiyyətdə təmsil olunmuş eks-nazirlərdir. Bu sırada sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun adları hallanırdı.

Hazırda sabiqlərin adları yenidən medianın gündəminə gəlib. Hətta seçkiöncəsi çıxışlarında prezidentliyə namizədlər də bu mövzuya geniş yer ayırırdılar. Konkret olaraq Hafiz Hacıyev çıxışlarında Ziya Məmmədovu dövlət çevrilişinə cəhddə ittiham edirdi. Bundan başqa, o, baş nazirin müavini İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan iş adamı Yunis Abbasovun adını da çəkməklə onun antiiqtidar kampaniyasında rol aldığını demişdi. Belə məlumatlar da vardı ki, Yunis Abbasov hökumət əleyhinə olan kəsimə maliyyəçi qismində dəstəyini əsirgəmir. Hafiz Hacıyevin iddiaları bununla da bitmirdi. Ziya Məmmədovun neqativ fəaliyyətindən danışarkən onun Rusiyaya 30 milyon dollar ötürərək Vladimir Putindən prezident olmasına yardım göstərməyi rica etdiyini, oğlu Anar Məmmədovun ABŞ-ın siyasi dairələri ilə keçirdiyi görüşlərdə atasının daha yaxşı prezident ola biləcəyi barədə fikirlər səsləndirdiyini dilə gətirirdi.

Bu iddiaların nə dərəcədə doğru olması bilinmir. Bilinən odur ki, seçkilər yekunlaşıb, nəticə bəllidir. Yeni-köhnə hakimiyyət komandası ona qarşı olanları yolundan süpürüb kənara tullamağa hazırlaşır. Eldar Mahmudova gəlincə, onun dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar hələ “MTN işi”nin ilk günlərində dövriyyəyə buraxılmışdı. Hətta onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi bildirilirdi.

Aylardır ki, hakimiyyətin seçkidən sonra “təmizləmələrə” başlayacağı xəbəri yayılır. Artıq seçki bitib. Bu arada sabiqlərin yenidən gündəmə gətirilməsini də təsadüf hesab etmək olmaz. Hakimiyyətin ötən 2-3 ayda prosesi sükutla izləməsi belə mülahizələrə yol açıb ki, aprelin 11-də keçirilən prezident seçkisindən sonra gözlənilən dəyişikliklər sabiqlərin atdığı addımlara görə sorğu-sual olunması, hətta həbsləri ilə başlana bilər. Mümkündür ki, həbslər hazırda iqtidar komandasında olub hakimiyyətə qarşı passiv müxalif mövqedə dayananları da əhatə etsin. Abbas Abbasov, Ziya Məmmədov və Eldar Mahmudov işdən çıxarılsalar da, onların hələ də bu və ya digər formada proseslərə təsir imkanları qalır. Hakimiyyətdə də tərəfdarları olmamış deyil. Digər tərəfdən, sabiq nazirlər o qədər irimiqyaslı və ciddi narazılıq yaradan qanunsuzluqlara yol verib ki, cəmiyyət onların cəza olaraq yalnız işdən çıxarılması ilə barışmaq istəmir. Hakimiyyət də bunun fərqində olmamış deyil. Odur ki, yaxın gələcəkdə həbslər qaçılmaz görünür.../musavat.com

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI