PARADOKS

AKTUAL

Cahangir Əsgərovun ailə şirkətində dəyişikliklər - Holdinqin rəhbəri də işdən çıxarıldı

22-09-2018, 22:51
  •     
  • Aktual / Manşet |
  •  Oxunma: 10054


“Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov vəzifəsindən azad edilib

Bu haqda özəl mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, “Silk Way Holding” MMC-nin prezidenti vəzifəsi hələlik Zaur Axundovun müavininə tapşırılıb.

Bundan əlavə, holdinqin tərkibinə daxil olan “Silk Way Connect” MMC-nin rəhbəri də dəyişib. Belə ki, Emin Etibar oğlu Ələkbərzadəni Zaur İbrahim oğlu Nəsirov əvəz edib. O, həm də holdinqə daxil olan “Silk Way Bank” ASC-nin Audit komitəsinin üzvü, “Silk Way Insurance” ASC-nin isə Təftiş komissiyasının sədridir.

Eyni zamanda “Silk Way Holding” MMC-nin bu il aprelin 24-də təsis etdiyi “Silk Way Connect” MMC-nin nizamnamə kapitalı kəskin artırılaraq 200 manatdan 1 mln. ABŞ dollarına çatdırılıb.

“Silk Way Holding” AZAL prezidenti Cahangir Əsgərovun biznes imperiyasına daxildir. 4 iyul 2006-cı ildə C.Əsgərovun yaxın qohumlarından birinin adına təsis etdiyi holdinq, qısa müddətdə bir imperiyaya çevrilib. Rəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən «Silk Way Holding» şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın əsas payçılarıdır.

Cahangir Əsgərovun ailə şirkətində dəyişikliklər - Holdinqin rəhbəri də işdən çıxarıldı


Zaur Axundov

Mənbənin məlumatına görə, C.Əsgərovun Zaur Axundovu vəzifəsindən azad etməsinə səbəb “Silk Way Holding” fəaliyyəti üçün Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılmasında problemlərin yaranmasıdır. Belə ki, “Silk Way Holding” qurulduqdan sonra şirkətə yeni təyyarələrin alınması məqsədilə Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb.

Yəqin ki, digər vəzifəli şəxslərin şirkətlərinə, himayələrindəki iş adamlarına verilən 100 milyonlarıla kredit kimi bu dəfə hər hansı girov tələb olunmayıb. Sadəcə, AZAL prezidentinin o zaman Beynəlxalq Banka rəhbərlik edən adaşından xahişi 400 milyonun “Silk Way Holding” ayrılması üçün kifayət edib. Görünür ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Ancaq Prezidentin fərmanı ilə Beynəlxalq Bankın problemli kreditlərinin “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə dövr edilməsi və onun rəhbəri “şapka Mamed” kimi tanınan Məmməd Musayevə istənilən vasitə ilə pulların yığılmasının tapşırılması vəziyyəti dəyişib.

Mənbənin sözlərinə görə, Məmməd Musayev də 400 milyonu “Silk Way Holding”dən deyil birbaşa AZAL prezidentindən tələb edir. Beynəlxalq Bankın problemli kreditlərinin yığılması üçün ölkə rəhbərliyindən tam səlahiyyət alan Musayev şübhə yoxdur ki, AZAL prezidentini də necə deyərlər, “divara dirəyib.”

Cahangir Əsgərovun ailə şirkətində dəyişikliklər - Holdinqin rəhbəri də işdən çıxarıldı


Elə Cahangir Əsgərovun da buna görə, yəni Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasının məsuliyyətini “Silk Way Holding”in rəhbərliyinin üzərinə qoymaq üçün Zaur Axundovu vəzifəsindən azad etdiyi bildirilir. Hətta inandırıcı olsun deyə Azal prezidentinin “Silk Way Holding”də təftiş başlatdığı da qeyd olunur. Bununla C.Əsgərovun vaxt qazanmağa çalışdığı, yoxsa ümumiyyətlə 400 milyonu qaytarmaq istəmədiyini söyləmək çətindir.

Ancaq əsas ofisi beynəlxalq hava limanında yerləşən “SW Holding”in qazancı qarşısında 400 milyonun elə də böyük pul olmadığını söyləyə bilərik. Bu holdinqin tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən xeyli sayda şirkət daxildir. Hansı ki, bu şirkətlər vasitəsilə Cahangir Əsgərov böyük pullar qazanır. Holdinqə daxil olan şirkətlərdə minlərlə insanın çalışması onun biznes imperiyasının həcmini təsəvvür etməyə imkan verir.

Holdinqə daxil olan şirkətlər bunlardır: Airport Gate; Airport Hotel; Azal Sığorta; Baku Cargo Terminal (BCT); Duty Free; Euroasian Cargo; Ground Handling Company (GHC); Silk Way Airlines; Silk Way Bank; Silk Way Business Aviation; Silk Way Construction; Silk Way Helicopter Services (SWHS) ; Silk Way Technics (SWT); Silk Way Information Technologies (SWIT); SW Catering & Supply; Sky Catering ; SW Travel; Turan Air və sair.

Qeyd edək ki, Əsgərov bu holdinqi yaratmaqla «AZAL» QSC-yə, yəni dövlətə məxsus gəlirli sahələri öz şirkətlərinə transfer edib. Bu qurumun bütün gəlirli sahələri Əsgərovun «Silk Way Holdinq»inə transfer olunub. Cahangir Əsgərov bu holdinq vasitəsi ilə Azərbaycan SƏMASINI sözün həqiqi mənasında İNHİSARA ALIB və bu sahədən HƏR İL külli miqdarda qazanc götürür. Təkcə karqo daşınmalardan -xarici ticari əməliyyatlar Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür.

Belə ki, karqo daşınmaları Əsgərovun holdinqinin offşor kampaniyalar vasitəsilə həyata keçirdiyi bildirilir. Bu da holdinqə ildə bir neçə yüz milyon dollar gəlir gətirir. Belə ki, yükdaşımaları böyük hissəsi «Silk Way” Aviaşirkəti vasitəsilə həyata keçirilir. Maraqlıdır ki, “Turan Air” kimi «Silk Way” Aviaşirkəti də əvvəlcə dövlətə məxsus olub. 9 oktyabr 2001-ci ildə Azərbaycan Respublikasının Mülki Aviasiyası tərəfindən yaradılıb.

Azərbaycanda əsas aviadaşiyıcılardan biri olan, 7 ədəd İL-76 və 3 ədəd AN-12 yükdaşıyan təyyarəsi olan bu şirkətin 2006-cı ilin iyul ayının 14-də təsis edilən «Silk Way Holdinq»in tərkibinə necə qatıldığı məlum olmasa da, bu təbii ki, nun Cahangir Əsgərovun istəyilə reallaşıb. Məqsəd isə yükdaşımalardan gələn qazancdan böyük pay götürmək olduğu şübhə doğurmur.

Elə bu məqsədlə də Holdinqi tərkibindəki Baku Cargo Terminal və Euroasian Cargo ölkə daxilində və beynəlxalq miqyasda yükdaşımalardan gələn gəlirin böyük hissəsini ələ keçirir. Belə ki, «Baku Cargo Terminal» Amerika və Avropadan Asiyaya, Asiyadan Avropa və Amerikaya daşınan yüklər üçün yükboşaltma məntəqəsi kimi fəaliyyət göstərir. Xüsusi saxlama anbarları ilə təchiz olunmuş “Baku Cargo Terminal”da tez xarab olan yüklərin saxlanılması üçün soyuducu və dondurucu kameralar, qiymətli yüklərin saxlanılması üçün videonəzarət olan yerlər, müxtəlif kateqoriyalı xüsusi təyinatlı, təhlükəli yüklərin saxlanılması və emal edilməsi otaqları var ki, bu da sahibkarların onun xidmətindən istifadə etməsinə və beləliklə də qazancın dövlətin deyil, C. Əsgərovun ailə holdinqinin büdcəsinə axmasına səbəb olur. Qeyd edək ki, dəyəri cəmi 19 milyon dollar təşkil edən bu terminalın tikilməsi üçün vəsaitin dövlətdən deyil, məhz C. Əsgərova məxsus olduğu bildirilən Britaniyanın “İnternational Handling Company” tərəfindən alınmasında da məqsədin qazancı ələ keçirmək olduğu şühə doğurmur.

«Euroasian Cargo” Şirkətlər qrupu isə ölkə üzrə yükdaşımaları bazarında liderdir. Onun Bakıda, Xyustonda, Nyu-Yorkda, Londonda, Lüksemburqda, Dortmunda, Moskvada, Bişkekdə, Kiyevdə, Aktauda və bir çox başqa şəhərlərdə nümayəndəlikləri fəaliyyət göstərir. Şirkətlər qrupunun Xyustonda, Lüksemburqda, Bakıda, Dubayda, İstambulda, Şanxayda və Urumçidəki mərkəzləri dünyanın müxtəlif yerlərinə daşınan yük axınlarını öz əlində cəmləşdirməklə, yüklərin daşınmasından gələn pulların bir ünvana axmasına şərait yaradır.

2006-cı ilin may ayında “Euriasian Cargo” Şirkətlər Qrupunun yeni hissəsi – “Euroasian Fuel” yaradıldı. Bu şirkət yerüstü xidmət, yanacaq təminatı, diplomatik uçuşlar və enməyə icazə, bortda qidalanma, aeroportdan və aeroporta daşımalar, mehmanxanalarda yerləşdirmə sahələrində xidmət göstərir ki, burdan daxil olan gəlirin də həcmin təsəvvür etmək çətin deyil. Bu şirkətin yalnız yanacağı ARDNŞ-dən daxili qiymətlərlə ucuz alıb xarici şirkətlərə baha satmasından əldə etdiyi qazanc 100 milyonlarla ölçülür.

Cahangir Əsgərovun ailə şirkətində dəyişikliklər - Holdinqin rəhbəri də işdən çıxarıldı


Rəsmi statistikaya əsasən, 2003-cü ildə hava nəqliyyatında daşımalardan 133 milyon manata yaxın gəlir əldə edilmişdi. 2006-cı ildə bu gəlirlər 223 milyon manatı keçdi, 2007-ci ildə 327 milyon manata yaxın oldu. 2011-ci ildə isə hava daşımalarından əldə edilmiş gəlirlər 558 milyon manata yaxın idi. 2012-ci ildə gəlirin həcmi 617 milyon, 2013-cü ildə 780 milyon manata yaxın, 2014-cü ildə 1 milyrd 400 milyondan artıq, 2015-ci ildə 1 milyard 680 milyon, 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artq olub. Bu il bu rəqəmin daha da artacağı şübhə doğurmur. Hələ qeyri-rəsmi gəlirləri demirik. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilir. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölşülür.

Belə böyük qazanc əldə edən holdinqin Beynəlxalq Bankdan götürdüyü 400 milyon dollar krediti qaytarmamasını əlbəttə, məntiqlə izah etmək çətindir. Ancaq unutmayaq ki, Azərbaycanda yüksək rütbəli məmurların bir çoxu dövlətdən yalnız almağa öyrəşib. Ona görə də, C. Əsgərovun 400 milyonu geri qaytarmaq üçün müxtəlif üsullara əl atması elə də təəəccüblü deyil…(AzPolitika.info)

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI