Sərkisyan prezidentlərin görüşündə yatdı - Video

11-10-2017, 19:38
  •     
  • Dünya
    |
  •  Oxunma: 7027


Ermənistan Prezidenti Serj Sərkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında diqqətləri özünə çəkib.

Azvision.az xəbər verir ki, prezidentlərin görüşündə diqqət çəkən məqam Sərkisyanın çıxışı yox, yuxuya getməsi olub.

Tacikistan Prezidenti İmaməli Rəhman çıxış edən zamanı Sərkisyanın yatması gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanın yatmasını ümumi planda efirə verib.

Qeyd edək ki, bu, Sərkisyanın rəsmi iclaslarda yatması ilə bağlı ilk hal deyil. Belə ki, Belarusun paytaxtı Minskdə MDB Dövlət başçıları Şurasının Sammitində və ATƏT-in iclasında da erməni prezident yatmağı ilə gündəmə gəlib.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI