PARADOKS

AKTUAL

Serbiyanın XİN rəhbəri Ərdoğan üçün türk dilində mahnı oxudu - VİDEO

11-10-2017, 22:27
  •     
  • Dünya |
  •  Oxunma: 7074


Serbiya hökumətinin birinci vitse-prezidenti və XİN başçısı İviça Daçiç təntənəli şam yeməyi zamanı Türkiyənin prezidenti Tayyip Ərdoğan üçün türk dilində mahnı oxuyub.

XeberBiz.az-ın məlumatına əsasən, videokadrlardan vitse-prezidentin əlində mikrofonla Ərdoğanla yoldaşı Əminə, eləcə də, Serbiya prezidenti Aleksandr Vuçiçlə yoldaşı Tamaranın oturduğu masanın yanında dayanıb, "Osman Ağa" mahnısını oxuduğunu görmək olur.

Xatırladaq ki, Türkiyə prezidenti Serbiyada iki günlük səfərdədir. Ərdoğanın şərəfinə verilən təntənəli şam yeməyi zamanı Türkiyə və Serbiya liderləri bir-birinə hədiyyələr bəxş ediblər. Vuçiçə velosiped və şahmat, Ərdoğana isə ənənəvi Serbiya xalçası “çilim” hədiyyə olunub.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI