PARADOKS

AKTUAL

Trampın “tvit”inin şərəfinə şərab buraxıldı - COVFEFE

12-10-2017, 19:03
  •     
  • Dünya |
  •  Oxunma: 6221


ABŞ prezidenti Donald Trampın “Twitter”də istifadə etdiyi və mənasını heç kimin bilmədiyi “covfefe” sözü şərabçılıq şirkətini ilhamlandırıb.

İKT.lent.az-ın “The Hill” nəşrinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın şərab istehsal edən “City Winery” şirkəti “Covfefe 2015” (Red Blend) adlı şərab hazırlayıb.

“Biz düşünürük ki, ağlayıb-zırıldamaqdansa, indiki prezidentin şərəfinə nə isə etmək daha yaxşıdır”, - deyə şirkətin qurucusu və baş direktoru Maykl Dorf müxaliflərə müraciətlə bildirib. Trampa qarşı müxalif mövqedə olan M. Dorf deyib ki, hər şüşənin satışından əldə olunacaq vəsaitin 20%-i vətəndaş azadlıqlarının müdafiəsi ittifaqına köçürüləcək.

Xatırladaq ki, bu ilin may ayında D. Tramp öz “tvit”lərinin birində qəribə söz işlədib: “Mediada daim neqativ “covfefe”ə baxmayaraq...” Az sonra o, “tvit”i silib və istifadəçilərə “covfefe” sözünün mənasını tapmağı təklif edib. Lakin Tramp hələ də bu sözün nə demək olduğunu açıqlamayıb.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI