PARADOKS

AKTUAL

Ukrayna Rusiyanın Suriyadakı bazalarına hücumda əlaqəsinin olmadığını bildirib

12-01-2018, 09:18
  •     
  • Dünya |
  •  Oxunma: 10005


Rəsmi Kiyev Rusiyanın Suriyadakı hərbi bazalarına hücum cəhdlərində əlinin olduğunu inkar edib.

APA-nın “UNİAN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Viktoriya Kişner bildirib.

“Bu növbəti informasiya hücumudur. Biz bu xəbərləri inkar edirik”, - deyə Viktoriya Kişner bildirib.

Qeyd edək ki, budan əvvəl Rusiya SQ Baş Qərargah rəisi ölkənin Suriyadakı hərbi bazalarına PUA-ların hücumunda “Ukraynanın izi” olduğunu qeyd edib.

Məlumata görə, bombaların tərkibindəki partlayıcı maddələr Ukraynanın Şotkinski kimyəvi reaktivlər zavodunda istehsal edilib.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI