PARADOKS

AKTUAL

Əxlaqa zidd mahnı oxuyan 21 müğənni tutuldu - Polkovnik

12-01-2018, 17:21
  •     
  • Dünya |
  •  Oxunma: 10010


İranda musiqi sahəsində fəaliyyət göstərən, ev şəraitində, qanunsuz kiçik studiyalarda gizli şəkildə mahnılar yazdıran və onlara klip çəkdirdikdən sonra sosial şəbəkələrdə yayan 21 gənc müğənni həbs edilib.

Kult.az xəbər verir ki, bu barədə İranın Hormozqan əyalətinin ümumi təhlükəsizlik polisinin rəisi, polkovnik Əli Əsğər İbadi Nik məlumat yayıb. O bildirib ki, hüquq-mühafizə qüvvələrinin tutduğu gənclərdən 12-si kişi, 9-u isə qadın müğənnidir:

“Bu şəxslər, özlərinə məxsus qanunsuz studiyalarda əxlaq və islam dəyərlərinə zidd mahnılar yazdırıb, onlara kliplər çəkdirdikdən sonra onu virtual aləmdə və peyk vasitəsilə xaricdən ölkəyə yayılan düşmən telekanallarında yayırmışlar”.

Həbs edilənlər Bəndər Abbas şəhərindəki polis bölməsinə aparılıb.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI