PARADOKS

AKTUAL

Meksikada partlayışlar nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb

8-07-2018, 09:58
  •     
  • Dünya |
  •  Oxunma: 10022


Meksikanın Tultepeke şəhərində pirotexnika emalatxanasında baş verən iki partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə TASS regionun hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı 54 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 38-i stasionar müalicə edilir. Yaralılardan 25-nin vəziyyəti ağır və çox ağır kimi qiymətləndirilir.

Partlayışlardan ikincisi hadisə yerinə həkimlərin, polis əməkdaşlarının, yanğınsöndürənlərin, xilasedicilərin gəlişi zamanı baş verib. Buna görə də yaralılar arasında bir neçə yanğınsöndürən və asayiş keşikçisi də var.

Tultepeke Meksikada pirotexniki vasitələrin əsas hazırlanma mərkəzlərindən biridir. Pirotexniki vasitələrin böyük qismi gizli istehsal olunur.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI