PARADOKS

AKTUAL

Adnan Oktar və adamları kimləri seks videosu ilə şantaj edib? - ADLAR

9-08-2018, 14:51
  •     
  • Dünya |
  •  Oxunma: 10026



Türkiyədə Adnan Oktar qrupu ilə bağlı yeni məlumatlar ortaya çıxır. Oktar qrupundan olduğu iddia edilən bir nəfərin Məsud Yılmaz, Meral Akşener, Cəlal Adan və Mehmet Ağarın da aralarında olduğu siyasətçilər haqqında da məlumat topladığı iddia edildi.

Həbs edilən Adnan Oktarın keçmişinə yönəlmiş yeni məlumatlar dünəndən etibarən gün üzünə çıxmağa davam edir. Oktarın 90-cı illərin əvvəlində “Milli Egemenlik Partiyası” adı ilə siyasətə girmə cəhdləri olub. Həmin vaxt ədəbiyyat fakültəsi tələbəsi İbrahim Tuncerlə Bahadır Güvən, Adnan Tınaroğlu və Dilək İlicalı kimi şəxslərin partiya qurma işlərində xüsusi aktivlik nümayiş etdirdiyi önə çıxıb.

Oktarın 90-cı illərdə siyasət və siyasətçilərlə münasibətləri isə ilk dəfə 10 yanvar 1991-ci ildə İstanbuldakı “Şeraton” otelində DYP tərəfindən təşkil edilən “İlə baxış” toplantısında gündəmə gəlib. Süleyman Dəmirəlin də qatıldığı toplantıda söz alan və hazırda FETO işinə görə həbsdə olan Nazlı İlicak Adnan Oktarı sərt şəkildə tənqid edib. O, Oktarın keçmişdən bəri Atatürk düşməni olduğunu, indi isə özünü Atatürkçü kimi göstərdiyini deyib.

Oktar DYP-ni dəstəkləyib

Ilıcak həmin çıxışında uşaqları ailələrindən qoparan Oktar haqqında aşağıdakıları da deyib: “Oktar və qrupu şübhəli fəaliyyətlər içərisindədilər. Qızlarla kişiləri imam nikahı ilə birləşdirirlər. Mənim uşağıma da qarmaq atmışdı, amma məqsədinə nail ola bilmədi. Bir çox ailənin övladını başdan çıxardığını bilirəm. Əcəba, Dəmirəlin bu vəziyyəti dəyişmək üçün edə biləcək bir şeyi yoxdurmu?”

Süleyman Dəmirəl isə bu suallara “Biz prokuror deyilik. Ortada bir cinayət varsa, prokurorlar hərəkətə keçər” cavabını verib. DYP İstanbul rəhbəri Orhan Keçəli isə toplantıda Oktarın DYP-ni dəstəklədiyini açıqlayıb. Bunun ardınca bir çox partiya üzvü Adnan Oktarı təbrik edib.

Oktar qrupunun 1994-cü il seçkilərində Rifah Partiyasını dəstəklədiyini, DYP konqresində isə Tansu Çillərə dəstək verdiyi iddialar arasındadır. Adnan Oktarın bəzi siyasətçiləri şantaj etdiyi də sirr deyil. Bu, İstanbul polisinin mütəşəkkül cinayətlər şöbəsinin sabiq müdiri Adil Sərdar Saçanın 1999-cu ildə gerçəkləşdirdiyi əməliyyatdan sonra iddia edildi. Bir GSM şirkətində çalışan Oktar qrupundan olduğu iddia edilən H.A.Y. adlı şəxsin ANAP lideri Məsud Yılmaz, DYP-çi Meral Akşener, Celal Adan və müstəqil millət vəkili Mehmet Ağarın da aralarında olduğu şəxslər haqqında özəl məlumatlar topladığı irəli sürülüb.

Şantaj etməyi planladıqları insanların telefon danışıqlarını izləyən H.A.Y. adlı şəxsin Adnan hocanın müridlərindən bir qızla evli olduğu, siyasətçilərlə yanaşı, Dinç Bilgin, Zafər Mutlu, Ərtuğrul Özkök, Emin Çölaşan, Fatih Altaylı, Hıncal Uluç, Savaş Ay kimi imza sahibləri haqqında da şantaj məqsədli özəl məlumatlar topladığı iddia edilmişdi.

Bir partiya ilə münasibətlər var

Adil Sərdar Saçan tərəfindən gerçəkləşdirilən əməliyyat zamanı ANAP(Ana Vətən Partiyası) keçmiş şəhər rəhbərlərindən Eymen Topbaş və keçmiş millət vəkili Tevfik Ertüzünün evinə girilməsi ciddi qalmaqala səbəb olmuşdu. Həmin vaxt bu əməliyyata görə ölkənin daxili işlər naziri Sadettin Tantan ile ANAP-lı Əkrəm Pakdemirli qarşı-qarşıya gəlmişdi. Mediaya danışan Pakdemirli bildirmişdi ki, polisin apardığı axtarış ümumən 80 evi əhatə edib. O, məhz bu məqsədlə təhlükəsizlik xidməti əməkdaşlarını daha diqqətli olmağa çağırmışdı: “Basqın zamanı partiya rəhbərliyində keçmişdə təmsil olunan Eymen Topbaş və qardaşı Mustafa Topbaşın villalarına da girildiyini öyrəndik. Bu evlərdə yaşayan insanların yataq otaqlarına qədər girblər, həmin adamları yerə yatırıb, üzərlərindən çəkmə ilə keçiblər. Hətta evdəki it hürdüyü üçün onu vurub öldürüblər”.
O, bu sözlərlə nazir Tantanı tənqid etsə də, Tantan öz növbəsində bildirmişdi ki, Oktar və onun heyətini bir partiya ilə əlaqəsi olduğu artıq müəyyənləşib.

“Açar ad” – Tuğba Babuna...

Adil Serdar Saçan əməliyyatdan sonra Oktar və qrupunu “cinayətkar dəstə” olaraq qələmə verib. O bildirib ki, Oktar Babuna üçün ilik köçürülməsi kampaniyasını təşkil edən şəxsin də bacısı Tuğba Babuna olduğunu açıqlamışdı. Saçan bildirmişdi ki, Oktar və qrupu bəzi partiyaların nəzarətini ələ keçirməyi hədəf alıb. Onlar bu məqsədlə bazardan porno disklər alıblar və bunların üzərində kompüter vasitəsilə şantaj edəcəkləri şəxsin görüntüsünü əlavə edərək, fotomontaj ediblər. Onlar şantaj zamanı bu görüntülərdən istifadə ediblər./musavat.com

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI