PARADOKS

AKTUAL

Sabiq Misir prezidentinin oğlu həbs edildi

10-10-2018, 14:25
  •     
  • Dünya |
  •  Oxunma: 10015


Sabiq Misir prezidenti Məhəmməd Morsinin oğlu Abdulla Morsi həbs edilib.

Qaynarinfo xəbər verir ki, paytaxt Qahirədə həbs edilən Abdulla Morsinin saxlanılma səbəbi barədə açıqlama verilməyib.

Qeyd edək ki, Məhəmməd Morsi 2013-cü ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və hazırda həbsdədir. Ötən həftələrdə onun ailə üzvləri, həmçinin Abdulla ilə görüşünə icazə verilmişdi. Abdulla Morsi görüşdən sonra sabiq prezidentin bəzi fikirlərini ictimaiyyətə açıqlayaraq bildirmişdi ki, həm Məhəmməd Morsi, həm də ailə üzvləri atasını qanuni prezident hesab edir.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI