PARADOKS

AKTUAL

“İran Azərbaycan şiələrinə pulsuz narkotik ötürür” - DEPUTATDAN ŞOK AÇIQLAMA

23-12-2016, 17:34
  •     
  • Gündəm |
  •  Oxunma: 142

“İran Azərbaycan şiələrinə pulsuz narkotik ötürür” -

"BURADAKI ŞİƏLƏRİN XEYLİ HİSSƏSİ İRAN KƏŞFİYYATINA İŞLƏYİR”

"İran bu ölkədəki şiə əhalisini Azərbaycan hakimiyyətinə qarşı istifadə etmək kimi böyük potensiala sahibdir”.

BakiPost.az xəbər verir ki, bu sözləri İranlı politoloq Bəhram Əhmədia İran Prezidenti Həsən Ruhaninin İrəvana səfərindən sonra Ermənistanın "1in.am” saytına verdiyi açıqlamada deyib. O bildirib ki, Azərbaycan şiə əhalisi olan müsəlman ölkəsidir və bu, İranın xeyrinə işləyə bilən haldır: "Buna görə də rəsmi Tehran bu ölkədəki şiə əhalisini Azərbaycan hakimiyyətinə qarşı istifadə etmək kimi böyük potensiala sahibdir, lakin İran heç vaxt bu potensialdan yararlanmayıb”.

XeberBiz.az xəbər verir ki, İranlı politoloqun dediklərinə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Fazil Mustafa BakiPost.az-a açıqlamasında ağır ittihamlar irəli sürüb: "Onun dedikləri hardasa doğrudur. İran əsasən şiə kəsm üzərində əzarəti gücləndirmək üçün bütün vasitələrdən istifadə edir. Hətta şiələr içərisində narkomaniyanın yayılmasını kifayət qədər təmin edir. Bunuçün pulsuz olaraq narkotik vasitələri yayır. İslama zidd olan bütün mesajları bu əhali vasitəsi ilə verir. Təbii ki, Azərbaycana bağlı çox sayda şiə inancında olan insanlar da var. Bunlar təbii ki, Azərbaycanın sağlam düşüncəli vətəndaşlarıdır. Amma təəssüf ki, xeyli sayda vətəndaşları İran kəşfiyyat orqanlarına işləməyə cəlb edə biliblər. Bunların əksəriyyəti vətəni yox, İranı müdafiə etməyə daha çox meyillidir.

Bu həqiqətlərin dəfələrlə bizim tərəfimizdən dilə gətirilməsinə baxmayaraq, təəssüf ki, bir çoxları bunu anlamış durumda deyil. Azərbaycan dövlətini qorumaq üçün məhz bu gələn təhlükənin qarşısını almalıyıq. Bizim də mübarizəmiz əslində, bunun üzərində qurulub. Bu baxımdan İranlı politoloqun dediklərində müəyyən həqiqətlər var. Onlar bu istiqamətdə çox böyük işlər görüb”.
“İran Azərbaycan şiələrinə pulsuz narkotik ötürür” -



Millət vəkili İranın belə bir nəticəyə nail olmasında bir sıra məmurların günahının olduğunu dilə gətirib: "Azərbaycan hakimiyyətində bu kimi addımlara müəyyən dərəcədə loyal baxan qüvvələr də var. Amma bu təhlükəni və virusu Azərbaycandan təmizləməsək, ölkəmizin gələcəyi həqiqətən də böyük təhlükə qarşısında ola bilər”.

Fazil Mustafa hesab edir ki, artıq İranın belə bir məkirli oyunlar oynaması barədə açıq bəyanatların səslənməsi Azərbaycanın xeyrinədir:
"İran bir dəfə də olsun müsəlman sözü işlətmir. Yalnız şiə sözü işlədir. Halbuki biz hamısına müsəlman kimi baxırıq. Bu xəstələrdə ancaq bir məzhəbdən başqa bir anlayış yoxdur.

Hesab edirəm ki, indiki məqamda politoloqun açıqlaması, bu cür çağırışların olması Azərbaycanın xeyrinədir. Heç olmasa bizdə yuxarı məqamlarda oturan insanlar az-çox düşünməyə başlayacaqlar ki, təhlükə mənbəyi haradadır. Bəlkə hansısa addımlar atmaq barədə düşündülər. İranın buradakı fəaliyyətinə qarşı cəmiyyəti səfərbər etmək vaxtı çatıb. Bu, çox vacibdir”.

XeberBiz.az


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI