Kəmaləddin Heydərovun qardaşının ilginc cinayəti barədə Prezidentə sensasiyalı müraciət

9-10-2017, 16:47
  •     
  • Manşet
    |
  •  Oxunma: 10547


Yüksək vəzifəli məmurların ilginc cinayətləri barədə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Bərdə rayonu Mehdili kənd sakini Sadıqov Həsən Cümşüd oğlu və Bakı şəhəri Şərifzadə küçəsi 79, mənzil 32 ünvanında yaşayan Salmanzadə Şahin Səfər oğlu tərəfindən sensasiyalı müraciət ünvanlanıb. Media vasitəsi ilə edilən müraciətdə şikayətçilər qeyd ediblər ki, 2008-ci ildə Bakı şəhəri Nərimanov rayon Azadlıq prospekti 146 ünvanında binanın zirzəmisində 2000.0 kv.m ümumi,194,8 kv.m əsas,52,2 kv.m köməkçi sahəsindən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə bütün qanuni dövlət ödənişləri həyata keçirilərək № 0131853 seriyalı, reyestr nömrəsi 007011000133-05101-083004, qeydeyyat nömrəsi 1108024233 olan çıxarışla 22.04.2008-ci ildə Salmanzadə Şahinin adına alaraq həmin daşınmaz əmlaka sahibi olublar.
Lakin bir müddət sonra Şahin Salmanzadə adlı şəxs onların əmlakına 1 milyon manata almaq istəyən müştəri olduğunu bildirib. Amma Həsən Sadıqov əmlakın satılmasına razılıq verməyib. Sadəcə ona borc pul lazım olduğunu bildirib. Bundan sonra H.Sadıqov Bərdə rayonundan olan həmkəndlisi, sələmçi Vahid Rzayevlə görüşərək ondan müəyyən miqdarda borc pula ehtiyacı olduğunu deyib. Vahid Rzayev isə Həsən Sadıqova özündə ona lazım olan miqdarda vəsaitin olmadığını, amma bu işdə ona əlindən gələn köməkliyini edəcəyini bildirirb. Bakıya qayıtdıqdan sonra Həsən Sadıqova məlum olub ki, Vahid Rzayevin vasitəsilə ona köməklik göstərəcək şəxs “DekaBank”ın o dövrdə rəhbəri olan Niyazi Vəliyevdir. Bakının Nərimanov rayonu ərazisində yerləşən “Qızıl gül” kafesində Həsən Sadıqovla görüşən Niyazi Vəliyev heç bir səndələşmə aparmadan ilkin olaraq 450 min manat, on gündən sonra isə 150 min manat ona pul verib. Əvəzində Niyazi Vəliyev Həsən Sadıqova bildirib ki, ümumilikdə 600 min manatın faizi 60 min manat edir ki, bu da nağd şəklində ödənilməlidir. Həsən Sadıqovda ona sonuncu dəfə verilən 150 min manatdan 60 min manatı faiz olaraq Niyazi Vəliyevə yerində qaytarıb.
Bundan sonra Həsən Sadıqov bir müddət Rusiyanın Sankt-Peterburq şəhərində özünün biznes fəaliyyəti ilə məşğul olub. Lakin Həsən Sadıqov Bakıya qayıtdıqdan sonra məlum olub ki, ona məxsus olduğu obyekt saxtakarlıqla başqa şəxslərə satılıb. Şikayətçi iddia edir ki, bu saxtakarlıqların başında Bərdə rayon sakini Rzayev Vahid olmaqla, “DekaBank”ın sabiq rəhbəri Niyazi Vəliyev, eyni zamanda 32 saylı Dövlət Notariat Kontorunun rəhbəri Ziyafət (soyadını bilmirik), 24 saylı Notariat kontorun rəhbəri Zərifə Fərəcova , Yasamal rayonunda yerləşən 53 saylı Notariatın rəhbəri Əli Hüseynov əlbir olaraq bu cinayətə qol qoyublar. Bunun əsasında isə Dövlət Əmlak Komitəsindən saxtalaşdırdıqları sənədlərə çıxarış alıblar. Lakin maraqlı məsələ ondan ibarətdir ki, bu cinayət olayında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı qırmızı xətlə keçir. Şikayətçinin sözlərinə görə, saxtakarlıqla qeyri-qanuni onun əmlakı əlindən alınaraq Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərova satılıb. Məsələ ilə bağlı şikayətçilər Səməd Heydərovla görüşmələrinə baxmayaraq bir nəticə əldə etmədiklərini bildirirlər. Hazırda mütəşəkkil qaydada törədilən cinayət əməlinə görə isə yalnız Niyazi Vəliyev həbs edilib.(AzToday.az)

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI