ƏLİ HƏSƏNOVUN SAĞ ƏLİ İFŞA OLUNDU - VİDEO

15-10-2017, 23:41
  •     
  • Manşet
    |
  •  Oxunma: 9325


Qaçqınkomun milyarder boz kardinalından jurnalistlərin xəbəri yoxdur

Bir müddət əvvəl ölkə mətbuatı Qaçqınkomda Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu, qanunsuz yolla sahib olduğu mülklərinin azacıq bir hissəsi barədə yazmışdır.


“Azacıq bir hissəsi..” ona görə ki, bu məmurun əmlakının siyahısı bir-iki məqaləyə sığan deyildi.

Bir məmur ki, itinə qulluqçu tutmuşdu, daha qalanını özünüz təsəvvür edin…

Və onun barəsində ölkə mətbuatında gedən yazılardan sonra o Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəzəbinə tuş gəldi. Üstündən bir müddət keçəndən sonra isə Pənah Əliyev demək olar ki, Qaçqınkomdan didərgin düşdü. Pənah Əliyev iki il bu barədə heç kimə məlumat verməyib.
ƏLİ HƏSƏNOVUN SAĞ ƏLİ İFŞA OLUNDU - VİDEO

Ancaq əldə etdiyimiz məlumata görə o artıq sükutu pozub.

Belə ki, Pənah Əliyev 9-cu mikrorayonda yerləşən çayxanada bir neçə jurnalistlə görüşərək Qaçqınkomun mətbuata sirli qalan kadrlarından məlumat verməyə başlayıb. Bu görüşü isə onun üçün Xırdalanda poçtda işləyən Hikmət adlı dostu təşkil edib.

XeberBiz.az xəbər verir ki, Pənah Əliyevlə görüşən jurnalistlərdən birinin 365info.az saytına verdiyi məlumata görə Pənah Əliyev Əli Həsənovdan çox komitənin Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsində sektor müdiri vəzifəsində çalışan Elman Quliyevdən yanıqlı olduğunu söyləyib.
ƏLİ HƏSƏNOVUN SAĞ ƏLİ İFŞA OLUNDU - VİDEO


Pənah Əliyev deyib bu şəxs sektor müdiri olsa da özünü hamıya Əli Həsənovun müavini kimi təqdim edir. Elman Quliyevin ən çox qorxub ehtiyat etdiyi adam “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev olub.

XeberBiz.az bildirir ki, 365info.az saytına məlumat verən mənbə bildirir ki, Elman Quliyev Habil Vəliyevə bir neçə yerdə qaçqın evi verib. Sonra hətta Habil Vəliyev üçün bir neçə rayonda öz hesabına villa tikdirib. Bü şəxs hər zaman çalışıb ki, mətbuatda adı hallanmasın. Pənah Əliyev vurulub vəzifədən çıxarılandan sonra onun halına ən çox sevinən Elman Quliyev olub.

Bundan başqa Elman Quliyev Habil Vəliyevlə dost olmasından istifadə edərək Əli Həsənova təzyiq göstərib. Elman Quliyev Habil Vəliyev üçün tikilən villaları ümumi xərcliyə salmış və özünü Habil Vəliyevin yanında “yaxşı oğlan” edərək deyirdi ki, “amanın bir günüdür mənim adım mətbuatda çıxmasın”.
ƏLİ HƏSƏNOVUN SAĞ ƏLİ İFŞA OLUNDU - VİDEO

İki il əvvəl Elman Quliyev milyoner idisə ,artıq indi demək olar ki, milyarderdir. Onun harda nə obyektləri varsa gələn yazımızda onları oxuculara təqdim edəcəyik.

Pənah Əliyevin dediyinə görə onun adı mətbuatda yalandan çıxdı ki, güya onun milyonları var.

Elman Quliyevin nələri olduğunu bilən olsa, onda ictimaiyyətdə sual yaranacaq ki, görəsən Elman Quliyev bu sərvəti atası Şahların köməyi ilə əldə edib, yoxsa patronu Əli Həsənovun vasitəsi ilə?

Elman Quliyevlə bağlı araşdırmamız davam edir.

Bizə maraqlıdır ki, görəsən hal-hazırda həbsdə olan Habil Vəliyev istintaqa vermiş olduğu ifadəyə görə Elman Quliyev istintaqa çağrılıbmı,yoxsa Habil Vəliyev Elman Quliyevdən gizli kart kimi istifadə edir?

Araşdırmamız davam edir, bizi izləyin.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI