İsgəndər Şirəliyevin mülkləri və ya Xəzər Şirəlinin Böyük Britaniyanda kef məclislərinə xərclədiyi milyonlar

21-10-2017, 16:17
  •     
  • Manşet
    |
  •  Oxunma: 10083


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəlinin dövlətin milyonlarını mənimsəməsi barədə bir neçə saytlarda geniş məlumatlar dərc olunub.

Bu məmurun dövlət “Kompleks Qazma İşləri Tresti”ni öz “ailə ansamblına” çevirməsi və insanlara qarşı həyata keçirdiyi haqsızlıq etirazlara səbəb olsa da, SOCAR-ın rəhbəri Rövnəq Abdullayev heç bir tədbir görmür.
Millətinsəsi.info saytı xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks Qazma İşləri Tresti”nin rəisinin dövlətdən oğurladığı milyonların hesabına Bakının Qaraçuxur qəsəbəsindəki mülklərinin bir hissəsini yəni uzun ticarət obyektlərini və Həzi Aslanov qəsəbəsində tikdirdiyi yanbayan 3 villanın şəkillərini oxucuların diqqətinə çatdırırır.
Onu da qeyd edək ki, bir ay bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəlinin oğlu Xəzər Şirəli tərəfindən Böyük Britaniyanın bir sıra şəhərlərində kef məclislərinə xərclədiyi milyonlar haqda bir neçə saytlarda məlumatlar yayılmışdı.
Həmin məlumatlarda bildirilirdi ki, İngiltərə və Şotlandiyanın bir sıra şəhərlərində kef məclislərində görüntülənən Xəzər Şirəli dövlətin pullarını dədə malı kimi istifadə edir.
Hazırda Şotlandiyanın Aberdin şəhərində yaşayan Xəzər Şirəlinin fəaliyyəti ilə bağlı araşdırmalar davam edir. Yayılan digər məlumatda o da qeyd olunur ki, İsgəndər Şirəli oğlunu həqiqi hərbi xidmətdən yayındırıb və Xəzər Şirəlinin aylıq xərci 130 min dollarından artıqdır. İsgəndər Şirəlinin illik məvacibindən dəfələrlə çox olan bu vəsaitin hardan gəldiyini anlamaq çətin deyil.

Ən bahalı maşınlarda gəzən və otellərdə kef məclisləri quran Xəzər Şirəlinin çəkilmiş fotoları da fakları bir daha təsdiq edir.

P.S. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyin öyrənməyə çalışsaqda, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəli müəllimlə əlaqə yaratmağımız alınmadı. İstənilən zaman qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI