Prokuror Forsberg: “Azərbaycan Dəmir Yollarının məmuru bu işdən 100 milyon dollar götürüb”

26-10-2017, 07:48
  •     
  • Manşet
    |
  •  Oxunma: 9248


“Azərbaycan Dəmir Yollarının məmuru bu işdən 100 milyon dollar götürüb”

İsveçin Stokholm məhkəməsində prokurorlar “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 2013-cü ildə imzalanmış müqavilədə korrupsiya sövdələşməsində adı keçən Rusiya vətəndaşının azadlığa buraxılması haqda qərara protest veriblər.


"XeberBiz" bildirir ki, Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə oktyabrın 4-də “Bombardier” şirkətinin İsveç törəmə şirkətinin əməkdaşı Yevgeni Pavlovun 7 aylıq həbsdən sonra buraxılmasına qərar verib. Məhkəmə hesab edib ki, Pavlovun “Bombardier” şirkəti ilə Azərbaycan məmurları arasında korrupsiya sövdələşməsinə dair tutarlı sübut yoxdur. Hərçənd ki, məhkəmə Pavlovun elektron yazışmalarında dəmir yolları üçün siqnalizasiya avadanlıqlarının “Multiserv Overseas” offşor şirkəti üzərindən Azərbaycana on dəfələrlə baha qiymətə satılması barədə müzakirələrin aparıldığını qəbul edib. Hakimin mövqeyinə görə, qiymətdə bu şişirtmə Pavlovun Azərbaycan məmurlarına rüşvət verdiyini sübuta yetirə bilməz.
Prokuror Forsberg: “Azərbaycan Dəmir Yollarının məmuru bu işdən 100 milyon dollar götürüb”


Lakin bu günkü məhkəmədə prokuror Tomas Forsberg bildirib :
“Əsas məsələ odur ki, bu müqavilə üzrə əldə edilmiş mənfəət ədalətlidir, ya yox?”


Forsberg və onun həmkarı-prokuror Staffan Edlund bildiriblər ki, həmin sövdələşmədən Azərbaycan Dəmir Yollarının adı açıqlanmaan dövlət qulluqçusuna 100 milyon dollar ötürülüb. “Bu, həmin dövlət quluqçsuna dəxli olan özəl şirkətin gəliri ilə müqayisə olunan məbləğdir”-prokuror bildirib.

Xatırladaq ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında siqnalizasiya avadanlıqlarının təchizatı və quraşdırılmasına dair müqavilənin ümumi həcmi 340 milyon dollara yaxındır. Bu müqavilədən əldə edilən “otkat” isə 100 milyon dollara çatır. Həmin dövrdə dəmir yolları Nəqliyyat Nazirliyinin tabeliyində idi. Nazirliyə Ziya Məmmədov, dəmir yollarına onun müavini Arif Əsgərov başçılıq edirdilər...

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI