PARADOKS

AKTUAL

İlham Əliyevdən İrana tərs şapalaq: ƏN BÖYÜK RİYAKARLIQ

16-12-2017, 14:04
  •     
  • Manşet |
  •  Oxunma: 10177


ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması dünyanın siyasi səhnəsində böyük hərəkətlənməyə səbəb oldu. Belə ki, əksər dövlətlər Trampın qərarını pisləyərək İsrail- Fələstin münaqişəsinin beynəlxalq hüquq prinsipləri, daha konkret BMT-nin məlum qətnamələri əsasında tənzimlənməsinin vacib olduğunu bəyan etdilər. Təbii ki, Trampın sözügedən qərarı İslam dünyasında hiddətlə qarşılandı. Xüsusi ilə Türkiyə və İranın bu prosesdə fəallığı diqqətdən yayınmadı. İranın Ağ Evin sahibinin Qüds qərarından maksimum istifadə edərək, bölgədə ABŞ-ın düşmən obrazını yaratmağa çalışması gözlənilirdi. Elə son zamanlar adı korrupsiya qalmaqallarında hallanan və ABŞ-la münasibətləri günbəgün pisləşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da yaranmış stuasiyadan bəhrələnəcəyi proqnozlaşdırılırdı. Bu baxımdan Ərdoğanın Qüdslə bağlı İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısını keçirmək təklifinin arxasında həm də şəxsi siyasi maraqlarının olması şübhə doğurmurdu.

Həmin konfransa BMT-nin 4 qətnaməsinə baxmayaraq ərazisinin 20 faizi 25 ildir işğal altında olan və İsraillə çox yaxşı münasibətləri olan Azərbaycanın da dəvət edilməsi rəsmi Bakını çətin seçim qarşısında qoymuşdu. Üstəlik Prezident İlham Əliyevin türkiyəli həmkarı ilə qardaş ölkələrin münasibətlərindən doğan səmimiyyəti vəziyyəti bir qədər də mürəkkəbləşdirirdi. Rəsmi Bakının Ərdoğanın dəvətinə hansı cavabı verəcəyi ölkənin bütün siyasi kluarlarında ciddi müzakirə olunurdu. Çünki İsrailin Azərbaycana ən müasir silahlar satan yeganə ölkə olması və neftə olan tələbatının 40 faizini Bakı nefti hesabına təmin etməsi İlham Əliyevin Qüds məsələsində Fələstinin mövqeyinə açıq şəkildə dəstək verməyəcəyi ilə bağlı kifayət qədər əsaslı qənaətlərə gətirib çıxarmışdı.

Amma İlham Əliyev bu dəfə də qətiyyətli və dünyanın siyasi konyukturasını zərgər dəqiqliyi ilə təhlil edən siyasətçi olduğunu göstərərək İstanbul konfransına qatıldı. Və Azərbaycanın milli maraqlarına uyğun olan beynəlxalq hüququn əsas prinsiplərindən çıxış edərək Trampın məlum qərarını yanlış adlandırdı. Əks təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsini tələb edən rəsmi Bakının danışıqlar prosesində mövqeyi zəifləyə bilərdi. Rəsmi Bakı buna qədər Kosovo və Krım məsələlərində də eyni mövqedən çıxış edib.

Başqa tərəfdən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısında qəbul edilmiş qərarların sözdən əmələ keçməyəcəyi bəribaşdan aydın idi. Belə ki, Səudiyyə Ərəbistanı və Misirin dövlət başçısı səviyyəsində İstanbul konfransına qatılmaması islam ölkələrinin Qüds məsələsi başda olmaqla Qarabağ münaqişəsinin həllində prinsipial mövqe tutmadığını bir daha göstərmiş oldu. Prezident İlham Əliyev də İstanbuldakı çıxışında bu məqamlara toxunaraq diplomatik dillə Azərbaycanın 20 faiz ərazisini qəsb edən və bir milyondan artıq müsəlmanın məcburi köçkün düşməsinə səbəb olan işğalçı Ermənistanla iqtisadi və siyasi əlaqələr quran islam ölkələrini riyakarlıqda ittiham etdi:

“Ermənistan məscidləri və İslam abidələri də daxil olmaqla bütün mədəni abidələri məhv etmişdir. Bununla bərabər Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu ƏN BÖYÜK RİYAKARLIQDIR. Dünya müsəlmanları bilməlidirlər ki, müsəlman məscidlərini dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.



Reallıq budur ki, Ermənistanla diplomatik əlaqə qurmayan üç müsəlman ölkəsi var: Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı. Müsəlman dövlətlərinin, xüsusi ilə Qüds məsələsində canfəşanlıq edən edən İranın Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistanda səfirliyi var. Azərbaycan və Türkiyə tərəfindən blokadaya alınmış Ermənistan məhz İranın iqtisadi dəstəyi sayəsində hələ də ayaqda qala bilir. Bu Prezident İlham Əliyevin dediyi kimi ƏN BÖYÜK RİYAKARLIQDIR…/Tendensiya.com

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI