PARADOKS

AKTUAL

ABŞ-ın dəstək əvəzinə şərtini Türkiyə rədd etdi

11-01-2017, 13:18
  •     
  • Hadise |
  •  Oxunma: 209

ABŞ-ın dəstək əvəzinə şərtini

Ordunun Suriyada hərbi əməliyyatları davam etdirdiyi bir vaxtda rəsmi Ankara ABŞ-ın bölgədə dəstək vermədiyini açıqlayıb.

Türkiyə Vaşinqton rəsmilərinin bir neçə dəfə hərbi dəstək təklif etsə də, ciddi addımlar atmadığını bildirib.

“Vaşinqton Post” ABŞ-ın Türkiyəyə mümkün hərbi yardımını araşdırıb. Qəzetin Ağ Evdəki mənbələrdən əldə etdiyi məlumata görə, hazırda iki ölkə arasında Əl Bab əməliyyatlarında ABŞ-ın hansı yardım göstərə biləcəyi müzakirə edilir.

Yardım çərçivəsində ABŞ təyyarələri bölgədə kəşfiyyat uçuşları keçirəcək və türk hərbçiləri məlumatlarla təmin edəcək.

Pentaqonun dəstəyi təkcə bununla bitməyəcək. Koalisiya tərkibindəki ABŞ reaktivlərinin hava hücumlarında iştirak edəcəyi gözlənilir.

Bununla bərabər bir qrup ABŞ xüsusi təyinatlısı bölgəyə göndəriləcək və türk hərbçilərlə birgə əməliyyatlara qoşulacaq.

Bu arada ABŞ rəsmiləri Əl Bab dəstəyi qarşılığında Türkiyəyə PYD nəzarətindəki Menbicə doğru hərəkət etməməyi təklif edib.

Rəsmi Ankara bu təklifi rədd edib.

XeberBiz.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI