PARADOKS

AKTUAL

Oğuzda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - FOTO

12-07-2018, 20:45
  •     
  • Hadise |
  •  Oxunma: 10022


Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarında Oğuz rayon sakini, 1988-ci il təvəllüdlü Sabir Yusif oğlu Umarlı idarə etdiyi “Volkswagen Touareg” markalı 99 ER 100 dövlət nömrə nişanlı minik avtomobili ilə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun 122-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşını yolun kənarındakı ağaca vurub.

Qəzadan sonra avtomobil aşıb. Qəza nəticəsində sürücü S. Umarlı xəsarət almasa da, avtomobildə olan Balakən rayonu Katex kənd sakinləri - 1973-cü il təvəllüdlü Nəsibə Bayram qızı Şabanova, 2006-cı il təvəllüdlü Səma Rövşən qızı Şabanova, Balakən rayonu Qullar kənd sakinləri - 1972-ci il təvəllüdlü Rəsul Nəcməddin oğlu Emçiyev, onun həyat yoldaş, 1970-ci il təvəllüdlü Həbibə Bayram qızı Emçiyeva və onların 2005-ci il təvəllüdlü qızı Gülnaz müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Xəstəxanadan bildirilib ki, 13 yaşlı G. Emçiyeva və iki nəfərin vəziyyəti nəzərə alınaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər. Daha iki nəfərin isə xəsarətləri yüngül olduğundan müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı DİN Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

XeberBiz.az

Oğuzda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - FOTO
Oğuzda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - FOTO
Oğuzda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - FOTO
Oğuzda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - FOTO
Oğuzda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - FOTO





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI