PARADOKS

AKTUAL

"Barselona”da oynayanlar da "Real Madrid”in futbolçularıdır" - Badamovdan növbəti futbol açıqlaması

14-06-2018, 19:04
  •     
  • İdman |
  •  Oxunma: 10054


Milli Məclisin deputatı Azər Badamov Rusiyada keçiriləcək Dünya Çempionatında İspaniyanın "Real Madrid” klubuna azarkeşlik edəcəyi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

"XeberBiz" xəbər verir ki, modern.az-ın əməkdaşı açıqlamadakı yanlışlığa aydınlıq gətirməsi üçün Azər Badamovla əlaqə saxlayıb.

Deputat bu dəfə də futbolu yaxşı bilmədiyini nümayiş etdirib.

O bildirib ki, bu gün İspaniya yığmasının tərkibində oynayanlar "Real Madrid”in futbolçularıdır.

"Ona görə də mən dedim ki, favoritim "Real Madrid”dir. İnsanlar da götürüb bundan sensasiya yaradırlar. Burda qeyri-adi bir şey yoxdu axı. İspaniyanın "Barselona” komandasının tərkibində oynayanlar da "Real Madrid”in futbolçularıdır. "Real Madrid”in oyunçuları orada təmsil olunur”.

Azər Badamov deyib ki, "Real Madrid” İspaniyanın komandasıdır.

"Mən İspaniyanı "Real Madrid” kimi görürəm. Ona görə demişəm ki, "Real Madrid” mənim favoritimdir”.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI