“TANAP layihəsi Azərbaycan və Türkiyənin böyük uğurudur” - FOTOLAR

15-11-2017, 07:24
  •     
  • İqtisadiyyat
    |
  •  Oxunma: 7014


“Trans-Anadolu (TANAP) qaz boru xətti iqtisadi faydaları və Türkiyə ilə Azərbaycan arasında siyasi əlaqələrlə bərabər, həm də ölkəmiz üçün təklif təhlükəsizliyi baxımından çox önəmlidir”.

Musavat.com-un məlumatına görə, bu fikri Ankarada “enerji müxbirliyi” kursuna qatılan xarici jurnalistlərə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər söyləyib.

Mehmet Ali Bəbər ilk olaraq jurnalistləə özü və təmsil etdiyi qurum barədə ətraflı məlumat verib. Enerjinin ölkələr arasındakı əhəmiyyətinin yüksək olduğunu qeyd edən mətbuat katibi bu sektorun birləşdirici rol oynadığını, hətta fərqli mövqeləri belə yaxınlaşdırdığını vurğulayıb.

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin ölkənin enerji siyasətini müəyyənləşdirdiyini qeyd edən M.A.Bərbər bununla yanaşı təmsil etdiyi qurumun enerji sektorunda bir oyunçu olduğunu da qeyd edib.

Daha əvvəl mətbuatda jurnalist olaraq çalışdığını söyləyən M. A. Bərbər enerji tələbinin bütün sahələrə təsir etdiyini, enerjinin əhəmiyyətini nəzərə alaraq jurnalistlərin neft bazarını anlamaq üçün bütün dünya siyasətinə baxmalı olduğunu bildirib.

O həmçinin vurğulayıb ki, Türkiyə üçün Azərbaycan qazı çox böyük əhəmiyyət kəsb edir: “Çünki Türkiyə idxal etdiyi təbii qazın 50%-ni Rusiyadan alır. Bu da yetərincə böyük rəqəmdir. Düşünürəm ki, hökumət nə qədər yeni qaynaqlarla əlaqələr qurarsa, o qədər də bu sahədə təhlükəsizliyimiz təmin edilmiş olar”.

Nazirlik rəsmisi bildirib ki, bundan başqa, Türkiyə “Şahdəniz-2” layihəsində paya malikdir: “Bütün bunlar Türkiyə və Azərbaycanın Avropaya qaz nəql edilməsində uğurudur. Bu məsələ, Türkiyənin və Azərbaycanın böyük iradə ortaya qoymasından irəli gəlib. Hər şeyi bir kənara qoyaq, bütün Avropanın illərdir müzakirə edib, ancaq həyata keçirə bilmədiyi “Nabucco” layihəsini Azərbaycan və Türkiyə birgə reallaşdıra bilib”, deyə nazirliyin rəsmisi bildirib.

M.A. Bərbər enerjidən yazan jurnalistlərin nələrə diqqət etməli olduqlarını da vurğulayıb. O bildirib ki, enerji sahəsindən məlumatı olmayan, buradakı prosesləri izləməyən jurnalistlər beynəlxalq siyasətdən də peşəkar xəbər hazırlaya bilməz.

XeberBiz.az
“TANAP layihəsi Azərbaycan və Türkiyənin böyük uğurudur” - FOTOLAR
“TANAP layihəsi Azərbaycan və Türkiyənin böyük uğurudur” - FOTOLAR
“TANAP layihəsi Azərbaycan və Türkiyənin böyük uğurudur” - FOTOLAR
“TANAP layihəsi Azərbaycan və Türkiyənin böyük uğurudur” - FOTOLAR
“TANAP layihəsi Azərbaycan və Türkiyənin böyük uğurudur” - FOTOLAR





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI