PARADOKS

AKTUAL

"Zalda xanım var deyə söyüş söyə bilmirəm, pul alanın..." - Akif Çovdarov

11-01-2017, 19:14
  •     
  • Kriminal |
  •  Oxunma: 334

yüklənir...

"Zalda xanım var deyə söyüş söyə bilmirəm, pul alanın..." -
Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Biləcəri qəsəbəsinin sabiq bələdiyyə sədri İlham Xəlilovun epizodu üzrə şahidlər dindirilib.

XeberBiz.az bildirir ki, A.Çovdarovun vəkili Sadiq Rəsulov musavat.com-a bildirib ki, Akif Çovdarovun yaxın adamı Adil Yaqubov ifadəsində İlham Xəlilovdan 120 min alınması ilə bağlı deyilənlərin yalan olduğunu deyib.

A.Çovdarovun sürücüsü Nurxan Atakişiyev də ifadə verib. O da A.Çovdarovun İlham Xəlilovdan pul alması haqda deyilənlərin yalan olduğunu söyləyib.

İlham Xəlilovun yalan danışdığını deyən A.Çovdarov çıxışında belə bir ifadə işlədib: "Zalda xanım var deyə söyüş söyə bilmirəm. Səndən pul alanın var-yoxunu..."

İlham Xəlilov isə A.Çovdarovun dediklərinə cavab verməyib.

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Növbəti məhkəmə prosesi yanvarın 16-na təyin edilib.

XeberBiz.az




Loading...

yüklənir...

Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI