PARADOKS

AKTUAL

. Samsung şirkəri müştərilərin belə aldadır və şirkəti AFTORİTEQ qanunları ilə idarə edir - Video/Foto

20-11-2016, 02:31
  •     
  • Manşet, Gündəm, Üst Xəbər |
  •  Oxunma: 971

.Bakı şəhər Gənclik Metrosu yaxınlığında yerləşən Samsung şirkətinin servis xidməti mərkəzində müştərilərlə kobud davranaraq, aldadılır.

18 oktyabr 2016-cı il tarixdə müştəriyə qarşı baş vermiş kobudçuluq XeberBiz.az-ın əməkdaşı tərəfindən lentə alınmışdır.

Belə ki, salona daxil olan müşdəri Samsung şirkətinin əməkdaşına salam verir: Azərbaycanda brend sayılan Samsung şirkətinin əməkdaşı gözdənilməyən dərəcədə əsəbi şəkildə müştəriyə çevrilərək, “ə” keç otur, müştəri “ə” sözün özünə təhqir hesab etdiyi üçün şirkət əməkdaşına etrazın bildirdi. Bu səbəbdəndə müştəri ilə şirkət əməkdaşı arasında münaqişə başladı. Şirkətin digər əməkdaşları müştərinin ətrafına toplaşaraq onu salondan bayıra çıxarıb AFTORİTET qaydalarla ona təziq göstərərək servis xidmətindən istifadə etməmək məcburiyyətində qoydular. Bunu görən müştəri salona tez girərək incidilmiş şəkildə xidmət şöbəsində bir-neçə dəqiqə gözləyərək salonu tərk etdi.

Bununla yanaşı digər müştəri zəmanət talonu ilə xidmət aparan şirkət əməkdaşına yaxınlaşaraq bildirir ki, telefonu aldığı 5 gündür artıq qüsuru üzə çıxıb. (Onuda bildiririk ki, 14 gün müddətində telefonda və digər samsung texnalogiyalarında qüsur əmələ gələrsə, qeyri şərtsiz alınan mal geri qaytarılmalıdır, yenisi ilə təmin edilməlidir və yaverdiyi pul müştəriyə tamamilə ödənilməlidir, amma çox təsüf ki, Samsung şirkəti özü zəmanət talonunda qeyd etdiyi bu qaydalara əməl etmir.) Samsung telefonlarının satışın təmin edən dükanlar söyləyir ki, yararsız çıxan telefonları servis dəyişdirib müştərini yeni telefonla təmin etməlidir amma, şirkətin servisi bunun tam əksini söyləyir, yəni telefon dükanı yararsız telefonu dəyişdirməlidir. Şirkətin servisi və satış mağazalar şəbəkəsi müştərinin təminatın ödəməmək üçün bunları bəhanə gətirirlər! Sizdəki modeldən yoxdur, yeni mala getməmişik və bu cür süründüməçiliklərlə müstəriləri sözün həqiqi mənasında incidirlər.

Zəmanət talonunun bitmə müddəti 10-15 gün və ya bir ay qalıbdırsa müştərini süründürürlər ki, zəmanət talonunun müddəti bitsin və müştəri təmiri öz hesabına etdirsin.

Bu olanları XeberBiz.az-ın əməkdaşları bir neçə saat ərzində müşahidə ediblər, əyər burada bir neçə gün müşahidə aparmış olsaq nə qədər müştərilərin aldadıldığının şahidi olarlq.


Onuda qeyd edirik ki, Samsung rəhbərliyi özlərinin müşahidə kameralarından əməkdaşlarının müştəri ilə hansı tərzdə davrandığını daha yaxşı görə bilər.

XeberBiz.az tərəfindən çəkilmiş video kadırları təqdim edirik:



.
.
..
.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI