PARADOKS

AKTUAL

Əli Həsənovun ÜMİDİNƏ QALAN ÜMİDSİZ... - 30 məcburi köçkün ailəsinin yaşadığı yanan bindadan - FOTO/VİDEO

12-09-2017, 23:16
  •     
  • Yan Manşet / Aktual / Manşet
    |
  •  Oxunma: 10228

Bakıda məcburi köçkünlərin yaşadığı binada gecə saatlarında yanğın olub.

XeberBiz.az xəbər verir ki, hadisə 12 sentyabr 2017-ci il tarixdə gecə saat 04:00 radələrində Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi 15 ünvanında baş verib.

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Kazımağa Kərimov küçəsi 15 ünvanda baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə olub. İcra başçısı sakinlərin müraciətlərini dinləyib, onların suallarını cavablandırıb, müvafiq tədbirlərin görülməsi üçün əlaqədar təşkilatlara və məsul şəxslərə tapşırıqlar verib.

Yanğın zamanı xəsarət alan olmasa da, 7 məcburi köçkün ailəsinin əmlakına ziyan dəyib, hazırda mənzillərdə yaşamaq qeyri mümükündür.

Yanğın zamanı sakinlər məişət əşyalarını çıxarmağa çalışsa da əksəriyyətinin ev əşyaları yanıb.

Bina sakinlərinin verdiyi məlumata görə, bina 2 mərtəbəli, 3 blokdan ibarətdir. 30-dan çox məcburi köçkün ailəsi 25 ildən çoxdur ki, bu binada məskunlaşıb.

Qeyd edək ki, 30 məcburi köçkün ailəsinin məskunlaşdığı bina 1930-cu illərdə inşa olunub. Bina əsas yükdaşıyıcı konstruksiyası ağac karkas olmaqla ara boşluqları qamışla doldurulmuş tikilidən ibarətdir. Uzun müddət ərzində təmirsiz istismar nəticəsində binada çoxsaylı çatlar yaranıb, binanın 3-cü girişinin yan divarında çökmə yaranıb.

Son 6 ildə binanın müxtəlif yerlərində iri çatlar əmələ gəlməsi və bina sakinlərinin həyat və sağlamlığına böyük təhlükə yaranması barədə dəfələrlə aidiyyatı orqanlara məlumat verilisə də, məcburi köçkünlərin şikayətinə baxan qurum tapılmayıb.

Qamışdan tikilmiş binanın damı su buraxaraq divarların orta hissəsini yetərincə zədələmişdir. Fövqəlada Hallar Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən dəfələrlə binaya ətraflı baxış keçirilmişdir və şifahi olaraq bildirilmişdir ki, bina həqiqətən də ağır qəza şəraitinə düşmüşdür, həyat üçün son dərəcə təhlükəlidir. Lakin deyilənlərə baxmayaraq heç bir tədbir görülməmişdir və binaya verilən qiymət həyatda öz əksini tapmamışdır. İndiyədək köçkünlər həmin binada yaşayışlarını qorxu içində davam etdirirlər. Divarların ilin bütün fəslində nəm qalması bina sakinlərində ağır xəstəliklər yaratmışdır. Binanın uçmaq təhlükəsi günü-gündən artaraq son həddə çatmış və nəticədə gecə saatlarında yanğın baş vermişdir.

Binada yaşayan məcburi köçkünlərin verdiyi məlumata görə, onlar Qaçqın və Məcburi Köçkünlərin İşlər Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun və Xətai rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuşlar və qəzalı vəziyyətdə olan binanın şəkillərini onlara təqdim etmişlər. Binaya baxılması və tədbir görülməsi barədə Əli Həsənovun verdiyi göstərilərə hələ də baxılmayıbdır.

09.08.2017-ci il tarixdə (bir ay bundan əvvəl) XeberBiz.az hadisə baş vermiş binada yaşayan məcburi köçkünlərin acnacaqlı durumunu və müraciətini Qaçqın və Məcburi Köçkünlərin İşlər Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova media üzərindən çatdırmışdır.

Həmin xəbərə burada baxa bilərsiniz:

Biz hələdə şokdayıq: 2 milyon dəyərində kolleksiya və QAMIŞDAN BİNA -VİDEO+FOTO

XeberBiz.az

yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI