İqtisad Universitetində özbaşınalıq - müəllimlər...

11-11-2017, 19:31
  •     
  • Yan Manşet / Aktual / Manşet
    |
  •  Oxunma: 10209


İqtisad Universitetində ki, özbaşınalıqdan müəllimlər dilə gəldilər.

XeberBiz.az-a universitetin müəlliməsi Zərifə Mansurova tərəfindən şikayət məktubu daxil olub.

Ş İ K A Y Ə T İ olduğu kimi təqdim edirik


Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə

Surəti: Azərbaycan Respublikasının Vitse-prezidenti Mehriban Arif qızı Əliyevaya

Surəti: Azərbaycan Dövlət İqtisad Universitetinin Rektoru Ədalət Cəlal oğlu Muradova


Hörmətli Prezident!

Bildirirəm ki, dövlətimiz beynəlxalq rus dilinə önəm verdiyi ərəfədə Azərbaycan Dövlət İqtisad Universitetinin rus dili kafedrasının müdiri qanuna zidd olaraq müəllimləri tam ştatdan yarımştata endirmiş, hal hazırda isə tamamilə tədrisdən uzaqlaşdırmaq niyyətindədir. Kafedra müdiri illərdir ki, dərs saatları bölgüsünü öz maraq mənbəyinə çevirərək bu növbəti ildə isə "Reytinq" adı altında müəllimləri elə bir siyahıya düzübdür ki, nəticə etibarı ilə kafedrada еlmi dərəcəsi olan və mütəxəssis müəllimlər siyahıda ən axırıncı yerlərdədir.
Həmin bu "Reytinq" siyahısı universitetin və tədrisin marağına zidd olmaqla yanaşı kafedra müdirinin arzularının yerinə yetirilməsi üçün saxtakarlıqla tərtib edilibdir. Beləliklə, universitetin dərs saatları bölgüsü ancaq kafedra müdirinin maraqlarına xidmət edir, çünki nəticədə mütəxəssis müəllimlər tərcümə mərkəzinə göndərilir, tərcüməçilər isə müəllim kimi saxlanılır.
Bu fakt kafedra müdirinin tədrisin keyfiyyəti barədə narahat olmadan ancaq açıq aşkar öz maraqlarının həyata keçməsinə qulluq etməsindən xəbər verir. Yekun olaraq sizə nəticəni çatdırmaq məcburiyyətindəyəm ki, tədris ocağında məhz mütəxəssis müəllimlər müəllimlik etməkdən məhrum olunurlar, məhz İqtisad universitetinə vacib olan rus dilinin tədrisi üçün ayrılan saatlar azaldılır. Xahiş edirəm bu faktlardan istifadə edərək kafedra müdirinin müəllimlərin dərs saatlarını alver mənbəyinə çevirmək üçün hazırladığı "Reytinq" adlandırdığı siyahısının mahiyyətinin, məzmununun, hansı göstəricilərə əsaslandığının yoxlanması üçün komissiya və ekspertiza təyin edilsin, dərs saatlarının itirilməsinə dair cinayət işi qaldırılaraq günahkarlar cəzalansın, bizim tam ştat dərslərimizin qaytarılması təmin olunsun.
Sizə böyük inamla və hörmətlə müraciət edən rus dili kafedrasının müəllimi Zərifə xanım Yaqub qızı Mansurova.

Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI