PARADOKS

AKTUAL

Ağcabədi İşıq İdarəsi vətəndaşların həyatını təhlükəyə atır - FOTOLAR

27-11-2017, 07:24
  •     
  • Yan Manşet / Aktual / Manşet |
  •  Oxunma: 10151


“Azərişıq” ASC-i 6 saylı Ərazi İdarəsi üzürə Ağcabədi İşıq İdarəsi vətəndaşların həyatını təhlükəyə atır.
“XeberBiz”-a müraciət edən vətəndaş bildirir ki, dəfələrlə idarənin rəisinə müraciət etmişəm ki, evimin həyatində yerləşən əsas işıq xətdinin dirəyi qəzalı vəziyətdədir.


Ağcabədi rayonunda məsgunlaşan Laçın rayon Vağazin kənd sakini Hümbətov Şahmar Binnət oğlunun şikayətinə aydınlıq gətirmək məqsədi ilə bölgə muxbirimiz şikayətçinin məskunlaşdığı Vağazin obasında olub. Əməkdaşımızın gördüyü mənzərə həqiqətəndə təhlükə mənbəyi olduğunu bildirir. Daş dirəyin çatlaması, beton örtüyünün tökülməsi və dirəyin almaturları açıqda qalması şikayətçinin haqlı narazılığına səbəb yaradır .

Vətəndaşın bildirdiyi kimi həyatları təhlükədədir: İşıq dirəyinin evə yaxın yerləşməsi təhlükəli olması ilə yanaşı, dirəyin hər an aşma təhlükəsi də var.

Ağcabədi İşıq İdarəsi, əraziyə nəzarət edə bilmədiyi açıq-aşkar görünür! Belə ki, vətəndaşın evi ilə işıq dirəyinin məsafəsi iki metirdi və belə hallar məcburi köçkünlərin məsgunlaşdığı ərazilərdə adi hala çevrilib.
Vətəndaş Hümbətov bildirib ki, onun ailə üzvüləri ilə yanaşı qonşularınında həyatı təhlükədədir!
Yağış və nəmişli hava şərayiti olduğunda işıq dirəyi yerə cərəyan ötürür və güclü külək olduqda isə, işıq dirəyi yellənməyə başlayır.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

XeberBiz.az mövzuya aid fotoları təqdim edir.

Ağcabədi İşıq İdarəsi vətəndaşların həyatını təhlükəyə atır - FOTOLAR
Ağcabədi İşıq İdarəsi vətəndaşların həyatını təhlükəyə atır - FOTOLAR
Ağcabədi İşıq İdarəsi vətəndaşların həyatını təhlükəyə atır - FOTOLAR
Ağcabədi İşıq İdarəsi vətəndaşların həyatını təhlükəyə atır - FOTOLAR
Ağcabədi İşıq İdarəsi vətəndaşların həyatını təhlükəyə atır - FOTOLAR
Ağcabədi İşıq İdarəsi vətəndaşların həyatını təhlükəyə atır - FOTOLAR
Ağcabədi İşıq İdarəsi vətəndaşların həyatını təhlükəyə atır - FOTOLAR





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI