PARADOKS

AKTUAL

"NV construction" MMC-nin qurbanları...

13-07-2018, 15:31
  •     
  • Xəbərbiz / Aktual / Manşet |
  •  Oxunma: 10141


Yasamal rayonu Novaya küçəsinin sakinləri XeberBiz.az-a bildirib ki, "NV construction" MMC-nin rəhbərliyi və himayədarları hal-hazırda onların yaşadığı, mülkləri sahibi olduğu ərazidə bina inşa etmək üçün 2015-ci il tarixdən Bakı şəhər icra hakimiyyətindən sərəncam almışdır.
Sakinlər bildirir ki, son 7-8 ay ərzində adı çəkilən şirkət isə şahmat formasında başlayıb və bir neçə mülkü alıb, aldığı mülkləri sökmüb, ərazidə yaşayan sakinlərin evlərin qəzalı vəziyyətə salmışdır.

Şikayətçilər bildirir ki, bəzi sakinləri alqı-satqı prosedurunda aldatmış, sakinlər tərəfindən məhkəməyə müraciət olunmuşdur! Amma buna baxmayaraq MMC himayədarlarının güclü şəxslərdən ibarət olmasına görə, məhkəmə orqanları onları müdafiə edir!.. Bu sozləri söyləyən sakinlər onuda bildirirlər ki, bəzi mülk sahiblərini adı çəkilən MMC rəhbərliyi məhkəməyə vermiş, vətəndaşa məhkəmədə tikinti sərəncamı olduğunu əsas tutaraq mülkünə həps qoydurmuşdur!
Yasamal rayonu Novaya küçəsinin sakinləri onuda bildirirlər ki, "NV construction" MMC-nin rəhbərliyi 3 ildir ki, sərəncamı əlində əsas tutaraq bizə təzyiq edir, yaşayışımızı pozur, qəzalı tikililərdə yaşamağa məcbur edir.

"NV construction" MMC-nin rəhbərliyi və onun himayədarları haqqında növbəti yazımızda.

Qarşı tərəfi dinləməyə hazırıq.

XeberBiz.az


"NV construction" MMC-nin qurbanları...
"NV construction" MMC-nin qurbanları...
"NV construction" MMC-nin qurbanları...
"NV construction" MMC-nin qurbanları...[/center]
"NV construction" MMC-nin qurbanları...
"NV construction" MMC-nin qurbanları...





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI