PARADOKS

AKTUAL

“6 yaşlı körpənin həyatını təhlükəyə atan hansı rayonun hakimləridir” VİDEO+FOTO

27-07-2018, 00:47
  •     
  • Xəbərbiz / Aktual |
  •  Oxunma: 10093


Zərdab rayon Qoruqbağ kənd sakini XeberBiz.az saytına Zərdab, Hacıqabul rayon və Şirva şəhər apellyasiya məhkəməsinin hakimləri haqqında inanılmaz iddia səsləndirdi.
Şikayətçi Məmmədov Səxavət bildirir ki, keçmiş həyat yoldaşı Hacıqabul rayon sakini, Məmmədova Samirə Rafail qızı ilə ailəliyindən bir qız övlatları var. Keçmiş xanımı “İsteriya” xəstəsi olduğu səbəbindən uzun müdət müalicə almasına baxmayaraq müalicəsi müsbət nəticə verməyib. Və xəstəliyinə görə Zərdab rayon Mərkəzi Xəstəxanasının Polikilinkasında qeydiyyatdadır.


“6 yaşlı körpənin həyatını təhlükəyə atan hansı rayonun hakimləridir” – VİDEO+FOTO

Məmmədov Səxavət bildirir ki, keçmiş həyat yoldaşına edilən müalicələrə baxmayaraq, onun sağlamlığı bərpa olmayıb. Həyat yoldaşının atasına məxsus, yaşayış evin dəfələrlə yandırmağa cəhd edib. M.Səxavət bildirir ki, ən çox qorxduğu azyaşlı qızının həyatı təhlükədə olmasıdır. Bu səbəbdən də, Hacıqabul rayon sakini, Məmmədova Samirə Rafail qızı ilə boşanmağa qərar verib.
M.Səxavət bildirir ki, əsas probilemlər də, bundan sonra başlayıb. Zərdab rayon məhkəməsinin hakimi 6 yaşlı körpəni psixoloji problemi olan ananın himayəsinə verib!
Zərdab rayon Mərkəzi Xəstəxana Polikilinkasında “İsteriya” xəstəsi kimi, qeydiyyatda olması haqqında arayişin olmasına, 01 oktiyabr 2015-ci il tarixindən, 17 aprel 2017-ci il tarixə qədər Təcili Tibbi Yardım mərkəzinə M.Səxavətin ailə üzvüləri tərəfindən edilən zənglərin çağrışına gələn, “TTY” mərkəzindən gəlməsin sübut edən sənədin Zərdab rayon məhkəməsinə təqdim etməsinə baxmayaraq 6 yaşlı Məmmədova Nuray Səxavət qızı anasının himayəsinə verilmişdir!

“6 yaşlı körpənin həyatını təhlükəyə atan hansı rayonun hakimləridir” – VİDEO+FOTO

Qızının həyatı təhlükədə olduğunu bildirən ata, Zərdab, Hacıqabul rayon məhkəmələri və Şirva şəhər apellyasiya məhkəməsi heç bir xəstəxanaya sorğu göndərmədən qərar verdiyini deyir.
O, bildirir ki, Zərdab rayon məhkəməsinin hakimi Tahir Qubadov, Hacıqabul rayon məhkəməsinin sədiri Həmid Əzizov, Hacıqabul rayon Qəyyumluq şöbəsi və Şirva şəhər apellyasiya məhkəməsinin hakimi İsmayil Əhmədov saxta qərarlar çıxarıblar!..
Məhkəmə qərarından narazı qalan M.Səxavət iddia edir ki, adı çəkilən məhkəmə hakimləri onun keçmiş həyat yoldaşının psixoloji xəstəliyinə görə müalicə aldığı xəstəxanaların heç birinə sorğu göndərmədən, dəqiqləşdirmədən psixoloji problemi olan ananın maraqlarına uyğun olaraq qərar çıxarıblar.

Daha ətraflı M.Səxavətin video müraciətində:



Yazıda adı çəkilən şəxsləri və qurumları dinləməyə hazırıq.

XeberBiz.az

“6 yaşlı körpənin həyatını təhlükəyə atan hansı rayonun hakimləridir” – VİDEO+FOTO
“6 yaşlı körpənin həyatını təhlükəyə atan hansı rayonun hakimləridir” – VİDEO+FOTO





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI