PARADOKS

AKTUAL

Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR

15-09-2018, 00:02
  •     
  • Xəbərbiz / Manşet |
  •  Oxunma: 10098


Baş Nazirin müavini Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitənin sədri olduğu dönəmdə Azərbaycan təhsilinə vurduğu ziyanların "izləri" hələ də qalmaqdadır.

Əli Həsənov QMKİDK sədiri olduğu zamanda məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrdəki orta məktəblər üçün nəzərdə tutulan binalar hazırda tam yararsız vəziyətdədir.


XeberBiz.az-ın apardığı araşdırma zamanı məlum olub ki, orta məktəblər üçün nəzərdə tutulan binaların inşası zamanı yol verilmiş nöqsanlar nəticəsində binalar bu gün qəzalı vəziyətdədir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş sərəncama əsasən Sabirabad rayonunda qəsəbə inşa edilmişdir. Qəsəbə üçün nəzərdə tutulmuş məktəb binası artıq yararsız vəziyətdədir. Əsasən Cəbrayil rayonundan olan məcburi köçkünlərin məsgunlaşdığı bu qəsəbədə, məktəb binasının inşası zamanı təməlindən damına qədər bütün işlər keyfiyyətsiz aparılıb.

Məktəb binasının kürsüsü 1 metirdən az olmadığı halda adı çəkilən qəsəbənin məktəb binası 40 sm kürsü üzərində inşa edilib.

Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR


Məktəb binasının sinif otaqlarında döşəməyə istifadə edilən materiallar yararsız olduğundan artıq sinif otaqları şagirdlərin həyatı üçün təhlükə yaradır.

Binanın damındada eyni nöqsanlara yol verildiyinə görə külək məktəbin damını tamamilə dağıdıb. Bundan sonra küləyin korladığı dam örtüyü yenidən məktəb binasına quraşdırılıb.

Daha acınacaqlısı Fizuli rayonunda inşa edilmiş 10 saylı Qaydış qəsəbəsinin orta məktəb binasıdır.

Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR


2013-cü ildə inşa edilmiş 2 mərtəbəli məktəb binası artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı olaraq qeydə alınmış və məktəbin qapıları şagirdlərin üzünə bağlanmışdır. Adı çəkilən qəsəbədə yerləşən Fizuli rayon 8 saylı Tam Orta Məktəbin şagirdlərinə 2 ildir ki, çadırlarda təhsil alırlar. Bu günə qədər məktəb binasının təmiri ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “tenderi” udmuş adı yalnız keçmiş sədir Ə.Həsənova məlum olan MMC-dən təhvil alınmış məktəb binasının tikintisin aparan şəxs və ya şəxslər bu günə qədər məsuliyyətə cəlb edilmiyib.

Onu da qeyd edək ki, komitə bu günə qədər apardığı “tender” oyunu vahid pəncərə olaraq komitənin keçmiş sədiri Ə.Həsənova xidmət edib.

Araşdırmamız davam edir

Qarşı tərəfi dinləməyə hazırıq

XeberBiz.az

Sabirabad rayonunda köçkünlər üçün inşa edilmiş qəsəbə tam orta məktəbi!

Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR
Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR
Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR
Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR
Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR
Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR


Fizuli rayonunda inşa edilmiş 10 saylı Qaydış qəsəbəsinin orta məktəb binası!


Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR
Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR
Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR
Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR
Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR
Əli Həsənovun Azərbaycan təhsilinə vurduğu zərbələr + FOTOLAR





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI