PARADOKS

AKTUAL

. Abid Şərifovun kürəkəni 6-cı kalona qan ağladır - jurnalisti kalon əməkdaşı sürüdülər - Video izlə

15-10-2016, 00:11
  •     
  • Manşet / Gündəm / Üst Xəbər |
  •  Oxunma: 15272

.
14.10.2016-cı il tarixdə Ədiliyyə Nazirliyinin 6 saylı Cəzaçəkmə Müəssisəsində XeberBiz.az əməkdaşı Dünyamalıyev Aqil Rəşid oğluna qarşı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən insanlığa sığmayan zorakılıq...!

Əməkdaşımızın başına gələn bu haqsızlığı öz dilindən eşidin və 6 saylı Cəzaçəkmə müəssisəsində baş verən özbaşınalıqları əks etdirən videonu təqdim edirik.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Laçın rayonundan məcburi köçkün Dünyamalıyev Aqil Rəşid oğlu tərəfindən


Ş İ K A Y Ə T

Hörmətli cənab Prezident, yazıb Sizə bildirirəm ki, 14 Oktyabr 2016-cı il tarixdə Ədliyyə Nazirliyinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşım Dünyamalıyev Mirsalam Rəşid oğlunun görüşünə ailə üzvlərimizlə birgə getmişdim. Qardaşımla görüşmək məqsədilə prosedur qaydalarına müvafiq olaraq “Qeydiyyat” otağına yaxınlaşaraq şəxsiyyət vəsiqələrimizi təqdim etdik. Bu zaman qeydiyyat şöbəsində 6 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları bizə bildirdi ki, həmişə olduğu kimi sənədlərinizin yazılması üçün “İki manat” ödəməlisiniz. Biraz keçdikdən sonra isə bildirdi ki, “Əlavə olaraq Otuz manat” ödəməlisiniz.” Səbəbini soruşduqda isə bildirdilər ki, gəlninizin şəxsiyyət vəsiqəsinin müddəti bitib. Vaxtı keçmiş sənədlə adamın görüşə buraxılması “Otuz manatdır.” Mən yalvararaq bildirdim ki, artıq dükənmişik pulumuz yoxdu verməyə, gücüm bir manat verməyə çatır. Lakin, 6 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı mənə dedi ki, “Təzə gəlmiş həbsxana rəisi qayda olaraq hər sənədə görə İki manat almağı tapşırıb”. Bunları gördükdən sonra jurnalist olaraq çəkiliş aparmaq qərarına gəldim. Olanları çəkdikdən sonra 6 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları məni qardaşımla görüşə buraxmağa razılaşdılar.
Mən bilmirdim ki, çəkiliş etdiyimə görə yoxlama otağında öncədən düşünülmüş şəkildə bötan atılaraq müəssisə əməkdaşları tərəfindən şərlənəcəm. Beləliklə, müvafiq qaydada ciddi yoxlanıldıqdan və üzərimdəki telfonum və digər əşyalarım alındıqdan sonra içəri buraxıldım. Bundan sonra məhbuslarla görüş otağına gedərək qardaşımın gəlməsini gözlədim. Bu zaman cəzaçəkmə müəssisəsinin on beş nəfər işçisi məni tutaraq otaqlarına zorla apardılar. Məni otağa saldıqdan sonra gördüm ki, mənim telefonum adını bilmədiyim və üzdən tanıdığım bir zabitin əlindədir. Bu zaman cəzaçəkmə müəssisəsinin əməkdaşları kobud şəkildə üstümə yeridilər və üzdən tanıdığım digər əməkdaş əlində bükülmüş, içərisində nə olduğunu bilmədiyim nəyisə cibimə məcburi şəkildə qoymağa cəhd edirdi. Mən buna imkan vermədikdə isə üzdən tanıdığım digər bir zabit yoxlama otağında məndən götürülmüş telefonu göstərərək bildirdi ki, bu telefonu öz üzərində gizli şəkildə içəri keçirmiş kimi sənədləşdirib səni post patrula təhvil verəcəyik. Və dedikləri kimi sənədləşdirdilər, lakin, nə qədər təkid etsələr də mən sənədə imza atmadım. Bundan sonra isə o, mənə bildirdi ki, sənin qardaşın burda olduğu halda sən bizim haqqımızda çəkiliş aparırsan. Fikirləşmirsən ki, biz burada “Fövqəladə səlahiyyət sahibiyik və sənin məhbus qardaşın üçün sözün həqiqi mənasında problemlər yaradarıq”. Və istehza ilə gülümsəyərək belə dedi:- “ Məsələn, qardaşın gecə yatar səhər yuxudan oyananda başının altından qadağan olunmuş hallandırıcı maddələr, biz, biçaq və s. məhbuslara qadağan olunmuş əşyalar çıxa bilər.
Sən özün burda cəza çəkdiyin üçün bu halları bilərəkdən bizə problem yaradacaq kadrlar çəkmisən. Bu sözləri mənə söylədikdən sonra telefonu mənə uzadaraq telofona çəkilmiş video kadrları silməyimi tələb etdi. Mən çəkdiyim kadrları əvvəlcədən redaksiyamıza göndərdiyim üçün onların məni 6 saylı cəzaçəkmə müəssisəsindən buraxmaları qarşılığında tlefonun giriş şifrəsini dedim və onlar özləri video kadrları telefondan sildilər. Və çıxanda bildirdilər ki, “Unutma ki, qardaşın Dünyamalıyev Mirsalam bizim cəzaçəkmə müəssisəsində məhbusdur”.
Sonda onu da bildirirəm ki, içəridə mənə qarşı bu zorakılıq olunan zaman mən vətəndaş hüquqlarımın kobud şəkildə pozulmasına etiraz etdim və yaxınlarımın yuxarı orqanlara şikayət edəcəyini bildirdim. Həbsxana rəisinin müavini isə istehzalı gülüşlərlə mənə belə dedi: - “Həbsxana rəsi Məhəmməd müəllim Abid Şərifovun kürəkənidir ona heç kim heç nə edə bilməz.” Onun bu sözlərinə cavabımda isə bildirdim ki, Məhəmməd müəllimin Abid Şərifovu varsa, biz vətəndaşların da cənab Prezident İlham Əliyevi var.
Onu da qeyd edim ki, şikayətimə baxıldığı halda 6 saylı cəzaçəkmə müəssisəsində mənə qarşı zor tətbiq edən və qanunsuz olaraq məni orada saxlayan bütün şəxsləri lazım olan orqanlara tanıda bilərəm.
Şikayətlərimlə yanaşı, qardaşım Dünyamalıyev Mirsalamın 6 saylı cəzaçəkmə müəssisəsində həyatı təhlükədə olduğu üçün onun başqa bir cəzaçəkmə müəssisəsinə yerinin dəyişdirilməsinə köməkdarlıq edilməsini cənab Prezidentimizdən xahiş edirəm.


Sözü gedən videoları təqdim edirik:




Abid Şərifovun kürəkəninin əlindən bizi qurtarın Cənab Prezident


Mənbə:XeberBiz.az

Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI