PARADOKS

AKTUAL

Leyla Ramazanlı: “Onu ilk dəfədən çox bəyəndim” - VIDEO

10-01-2017, 15:14
  •     
  • MAQAZİN |
  •  Oxunma: 74

Leyla Ramazanlı:
Müğənni Leyla Ramazanlı ilin ilk mahnısını izləyicilərinə təqdim edib.

XeberBiz.az Musavat.com-a istinadən xəbər verir ki, “Çox özəl” adlı mahnı üçün müğənni fotosessiya etdirib: “Bəstəkar Pərviz Mahmudov mahnını mənə göstərəndə onu dinlədim və çox bəyəndim. 2017-ci il üçün ilk işimdir, uğur gətirəcəyinə əminəm. Əgər ilk dinləmədən mahnı mənim ürəyimə yatırsa, hər zaman onun uğur gətirəcəyinin şahidi oluram. Bu mahnı ürəyim yatdığı üçün elə ilk dinləmədən oxumaq istədim. Mahnı ürəyimcədir. Ona gör fotosessiya da etdirdim. Şəkillər “Kamran Aydınov Studiya”sında çəkilib. Ümid edirəm ki, bu mahnı da digər mahnılarım kimi seviləcək”.

Qeyd edək ki, mahnının musiqisi Pərviz Mahmudova sözləri Leyliyə, aranjemanı isə Hakan Erola məxsusdur.

XeberBiz.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI