Nəsibə Zeynalovanın yubiley gecəsi Musiqili Teatrda olacaq

17-11-2016, 07:44
  •     
  • Mədəniyyət |
  •  Oxunma: 91

yüklənir...

 Nəsibə Zeynalovanın



2016-cı ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 ili tamam olur.

XeberBiz.az bildirir ki, Dövlət Musiqili Teatrının Mətbuat Xidmətindən musavat.com-a verilən məlumata görə, N. Zeynalovanın 100 illik yubiley tədbiri Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək. Tədbirin rejissoru Cavid İmamverdiyevdir. Yubiley gecəsində N. Zeynalovanın yaxınları, sənət dostları, vaxti ilə onunla birlikdə çalışmış həmkraları – Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Ələkbər Əliyev və başqaları iştirak edəcəklər.

N. Zeynalovanın 100 illik yubiley tədbirilərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən və Azərbaycan teatrının ilk aktyorlarından biri olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyorluq peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. Aktirsanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakı şəhərində vəfat edib.

 Nəsibə Zeynalovanın


Mənbə:XeberBiz.az

yüklənir...

Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI