Rusiya NATO obyektlərinə nüvə silahı tuşlayıb? - Kremldən rəsmi şərh

26-11-2016, 13:07
  •     
  • Mədəniyyət
    |
  •  Oxunma: 147


Rusiya NATO obyektlərinə nüvə silahı tuşlayıb? -
Məlum olduğu kimi, iki gün bundan əvvəl rusiyalı senator Frans Klinseviç Şimali Atlantika Alyansının hərəkətlərinə cavab olaraq, Rusiyanın NATO obyektlərinə nüvə silahları tuşlamağa hazır olduğu barədə bəyanat səsləndirib

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Kreml dünən rusiyalı senatorun bəyanatını şərh edib.

Bu barədə danışan Kreml sözçüsü Dmitri Peskov deyib ki, rusiyalı senatorlar NATO-nun Rusiya sərhədlərinə doğru ekspansiyasına yönəlik şəxsi fikirlərini söyləmək haqqına malikdirdər, amma Rusiya dövlətinin xarici siyasətini Prezident müəyyən edir.

Jurnalisitlərlə ünsiyyət zamanı Frans Klinseviçin bəyanatını şərh etməyi Peskovlan xahiş ediblər. Peskov belə cavab verib: «Nəzərə çatdırmaq istəyirəm ki, bizim qanunvericilər Konstitusiyaya görə, Rusiyanın xarici siyasətini müəyyən etmirlər, bunu Rusiya Federasiyasının Prezidenti müəyyən edir»

Bununla yanaşı, dövlət başçısının mətbuat katibi bəyan edib ki, Klinseviçin mövqeyi onun üçün aydındır.

«Şübhəsiz, bizim qanunvericilər öz fikirlərini söyləmək hüququna malikdirlər, onlar beynəlxalq hadisələrə, NATO-nun Rusiya sərhədlərinə doğru ekspansiyasına, NATO-nun hərbi infrastruktur ekspansiyasına canlı reaksiya verirlər. Odur ki, belə mövqe başa düşüləndir» – deyə, Peskov izah edib.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI