PARADOKS

AKTUAL

Mirşahin: “Xüsusi vəziyyətlə əlaqədar...”

11-01-2017, 14:24
  •     
  • Müxtəlif |
  •  Oxunma: 187


Mirşahin:
XeberBiz.az bildirir ki, ANS-lə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşovanın Bakıdan İstanbula uçarkən geri qaytarılması ölkə mətbuatında bir müddət öncə fəaliyyəti dayanmış ANS telekanalının rəhbərliyində təmsil olunan şəxslərə qarşı cinayət işinin başlanması, Qənirə Ataşovanın da bu siyahıda yer alması ilə bağlı müzakirələrə səbəb olub.

Respublika Prokurorluğu ANS-çilərə qarşı cinayət işinin açılmasını rəsmi təkzib etsə də, bu yöndə müzakirələr səngimək bilmir.

Bütün bu məsələlərə aydınlıq gətirmək və hazırda nə işlə məşğul olması ilə bağlı suallara cavab almaq üçün ANS telekanalinin vitse-prezidenti Mirşahin Ağayevə müraciət edib.

XeberBiz.az xəbər verir ki, ANV.az-a açıqlamasında Mirşahin Ağayev bildirib ki, hazırda heç bir informasiya portalları ilə əməkdaşlıq etmir:

“Xüsusi vəziyyətlə əlaqədar olaraq mən heç bir mətbuat orqanına, o cümlədən informasiya portallarına müsahibə vermirəm”.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI